Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1876/2025 17.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Umud oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510, 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı, X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 17 iyun 2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sözügedən inzibati xəta haqqında protokoldan görünür ki, 16 iyun 2025-ci il tarixdə, barəsində inzibati xəta ilə bağlı iş üzrə icraat aparılan şəxs Şəxs anası Flora Qasımovadan qonşular tərəfindən verilən şikayət əsasında, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları onun yaşadığı ünvana gəlmişdir. Polis əməkdaşları, Flora Qasımovanı post-patrul maşınına mindirmək istəyərkən, Şəxs evinin eyvanından polis avtomobilinin üzərinə müxtəlif əşyalar atmış və bununla da polis maşınına maddi ziyan vurmuşdur. Eyni zamanda, o, polis əməkdaşlarını yüksək səslə söyərək təhqir etmişdir. Eyni zamanda protokoldan görünür ki, Şəxs, xx.xx.2025-ci il tarixdə anasının müayinə olunması üçün aparıldığı ruhi-əsəb dispanserinin qarşısında onu şöbəyə dəvət edən polis əməkdaşların qanuni tələbinə məhəl qoymamış və onlarla getməkdən imtina etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı, X4 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə anasını polis şöbəsinə aparmaq istəyən polis əməkdaşlarının avtomobilinin üzərinə yaşadığı evin eyvanından müxtəlif əşyalar atdığını və onların ünvanına nalayiq ifadələr işlətdiyini, xx.xx.2025-ci il tarixdə isə anasının müayinə olunması üçün aparıldığı ruhi-əsəb dispanserinin qarşısında onu polis şöbəsinə dəvət edən polis əməkdaşlarının maşınına əyləşməyə əvvəlcə tərəddüd etsə də, sonradan əyləşdiyini bildirmişdir. Barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid Gəncə şəhər Baş Polis İdarəsinin post-patrul xidməti taborunun polis serjantı X3 bildirdi ki, 16 iyun 2025-ci il tarixdə barəsində inzibati xəta ilə bağlı iş üzrə icraat aparılan şəxs Şəxs anası Flora Qasımovadan qonşular tərəfindən edilən şikayət əsasında o və digər polis əməkdaşları onların yaşadığı ünvana gəlmişdir. Flora Qasımova post-patrul maşınına əyləşdirilərək şöbəyə aparılmaq məqsədilə götürülərkən, Şəxs evinin eyvanından polislərin və polis avtomobilinin üzərinə müxtəlif əşyalar ataraq maddi ziyan vurmuş, eyni zamanda polis əməkdaşlarını yüksək səslə söyərək təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Gəncə şəhər Baş Polis İdarəsinin post-patrul xidməti taborunun polis nəfəri polis baş serjantı X1 Müzəffər Suliddin oğlu ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid X6 bildirdi ki, Şəxs və onun anası Flora Qasımova ilə qonşuluqda yaşayır. Flora Qasımova ruhi xəstə kimi ruhi-əsəb dispanserində qeydiyyatda olub müalicə alır. Həm o, həm də oğlu Şəxs mütəmadi olaraq yaşadıqları məhəllədə səsküy salır və qonşulardan əsassız olaraq AR DİN-in “102” xidmətinə (bununla bağlı iş materialarına sənədlər əlavə olunur) şikayətlər edirlər. Şahid həmçinin əlavə etdi ki, xx.xx.2025-ci il tarixdə onun və digər qonşuların şikayəti əsasında Flora Qasımovanın evinə gələn polis əməkdaşlarını Şəxs yüksək səslə söymüş və evinin eyvanından onların avtomobilinə müxtəlif əşyalar atmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmasa da, barəsində İXM-in 510-cu maddəsi ilə protokolun tərtibi əsaslıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafı, şahidlərin izahatları, o cümlədən iş materiallarında olan “DVD” diskdən (diskdə yalnız avtomobilə dəymiş görünür və səs-küy eşidilir) görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xırda xuliqanlıq edərək, ictimai qaydanı pozmuşdur. Beləliklə, Şəxs İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirildi. İnzibati protokolda göstərilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Şəxs əməlində həmin maddənin tərkibinin olması nə iş materialları, nə də tərəflərin izahatları ilə öz əksini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini və onun şəxsiyyətini nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə isə əməldə inzibati xəta tərkibi olmaması əsası ilə icraata xitam verilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 17 iyun 2025-ci il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-1876/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1876/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver