Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1878/2025 18.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, ev 21A-da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 17 iyun 2025-ci il tarixdə **-FC-*** d.q.n.n.lı avtomobilin sürücüsü Şəxs yol hərəkət qaydalarını pozduğu üçün ona saxla əmri verilmiş, lakin avtomobilini sürməyə davam etmişdir. Daha sonra saxlanıldığı zaman onun spirtli içki qəbul etməsi aşkar edilmiş və o, polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə yol hərəkət qaydalarını pozduğu zaman ona yol polis əməkdaşları tərəfindən saxla əmri verildiyi zaman o, avtomobilini saxlamamışdır. O, avtomobilini bir az sürdükdən sonra Mida yaşayış kompleksinin yananda saxlamışdır. Onun avtomobili sərxoş vəziyyətdə idarə etməsinə şübhə yaranmış və alkotesterdən müayinəyə dəvət edilmiş, lakin o, müayinədən keçməkdən imtina etmişdir. Daha sonra polis əməkdaşları onu növbətçi hissəyə təhvil vermişlər. Onun pozuntunu törətməsi ilə bağlı videogörüntünü məhkəməyə təqdim etmişdir. Sonda məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, polis əməkdaşlarının saxla əmrinə tabe olmamışdır. O, avtomobilini Mida yaşayış kompleksinin ətrafında saxlamışdır. Polis əməkdaşları onu şöbəyə aparmışlar.O, şöbəyə aparıldığı zaman ona heç bir fiziki zor tətbiq edilməmişdir. Polis Şöbəsində ondan şərxoşluq müayinəsindən keçmək tələb olunmasına baxmayaraq o, müayinədən imtina etmişdir. Onun İİ və İİİ qrup əlilliyi vardır. O, törətdiyi əməldən peşmandır. Saxlamlığının nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, Şəxs Nizami rayonu, Heydər Əliyev prospektində avtomobilini idarə etdiyi zaman saxla əmri vermişlər, lakin o, avtomobilini idarə edərək Mida yaşayış kompleksində saxlamışdır. Onun sərxoş vəziyyətdə olduğundan şübhələnərək onu müayinəyə dəvət etmişlər, lakin o, müayinədən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, Şəxs Heydər Əliyev prospektində avtomobilini idarə etdiyi zaman işıq cihazlarından düzgün istifadə etmədiyi üçün ona saxla əmri verilmişdir. Şəxs onların qanuni tələbinə tabe olmayaraq avtomobilini idarə etməyə davam etmişdir. Şəxs avtomobilini Mida yaşayış kampileksində saxlamış və onlar onu avtomobil duracağına aparmışlar. O, sərxoşluğun müayinəsindən imtina etmişdir. Daha sonra onlar onu Gəncə şəhər 1-ci Polis Şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. - İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2025ci il tarixdə saat 22:15-də inzibati qaydada tutulmuşdur. - İş materiallarında olan 17 iyun 2025-ci il tarixli 2259/2025 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluq müayinəsindən imtina etmişdir. - İş materiallarında olan X3 X10 vəsiqəsinin surətindən görünür ki, Şəxs İİİ qrup Qarabağ əlilidir. - İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs 2-ci və 3-cü qrup əlildir. - İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. - İş materiallarında olan videogörüntüdən görünür ki, Şəxs ətrafda nalayiq idadələr işlədərək səs-küy yaratmışdır. Eyni zamanda alkotesterdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs təqsiri özünün etirafedici ifadəsi, şahid ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Şəxs polisin iş rejimini pozmuş, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymamışdır. Eyni zamanda uca səslə nalayiq ifadələr işlədərək ətrafdakılara hörmətsizlik etmişdir. Beləliklə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs 2-ci və 3-cü qrup əlil olmasını, 44 günlük vətən müharibəsi iştirakçısı olmasını və törətdiyi əməldən peşman olmasını məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona 100 (yüz) manat cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-1878/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1878/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver