Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1879/2025 02.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qzının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Baş X4i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 27740812 nömrəli qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Baş X4i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 27740812 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, kamaz sürücüsüdür, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Güzdək qəsəbəsindən idarə etdiyi “Kamaz-55111” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 1300 ədəd mişar daşı yüklədikdən sonra Qaradağ rayonunun Sənqəçal qəsəbəsində yerləşən ABDY-polis İstansal postunda polis əməkdaşları tərəfindən maşın tərəzidə çəkilib yedəklə (priseplə) birlikdə 41 ton 700 kiloqram çəkisi olduğu müəyyən edilmişdir. Yola davam etdikdən sonra yolda quraşdırılmış elektron tərəzi vasitəsilə guya maşının artıq yüklə yüklənməsi, daha doğrusu, elektron tərəzidə 46 ton 240 kiloqram yükü olması göstərilərək haqqında inzibati xəta haqqında tənbeh vermə qərarı tərtib edilmiş, buna görə AR İXM-nin 353.2-ci maddəsi ilə 600 manat cərimə tənbehi tətbiq edilmişdir. O, bununla razılaşmır, cünki, heç bir inzibati xəta törətmədiyini, idarə etdiyi yük maşının 41 ton 700 kiloqram çəkidə olmasını və bu səbəbdən də yoluna arxayın davam etdiyini bildirmişdir. Amma bilməmiş ki, yolda quraşdırılmış elektron tərtəzinin nasazlığı səbəbindən ona yüksək məbləğdə cərimə tənbehi tətbiq ediləcəkdir. Bu isə onun təqsiri deyil. Ona görə də əməlində AR İXM-nin 353.2-ci maddəsinin tərkibi olmadığı üçün inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. O, əsassız olaraq inzibati qaydada cərimə tənbehinə məruz qalması ilə həm özünün, həm də ailə üzvülərinin hüquqları pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayəti müdafiə edərək maşınla qoşqunun ümumi qabarıt çəkisi 42 ton olduğu təqdirdə elektron tərəzidə nasazlıq səbəbindən ona 4 ton 540 kq artıq çəki gəldiyini və həmin çəki təxminən 220-230 kub etdiyini bildirmişdir. O, həmişəki qaydada yükü yığıdığını və yükü yığdıqdan sonra Qaradağ postunda tərəzidə çəkilib sonra yoluna davam etdiyini, həmçinin həmin tərəzidə ondan başqa bir çox sürücünün yük maşının artıq çəki ilə çəkərək cərimlənməsinə səbəb olduğunu bildirərək işin yenidən araşdırılmaya göndərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Baş X4 İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 27740812 saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli EQ 27740812 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Həmin cərimənin yazılmasına əsas olunmuş fotoşəkildən aydın olur ki, “Kamaz-55111” yük markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil 04 may 2025-ci il tarixdə, saat 22:51:24-də Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində tərəzidən keçərkən limit 42000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin ümumi çəkisi 46240 kq olmuşdur. "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası"nın, "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri"nin və "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixlii qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindan qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qərarın 4.3-cü bəndinə əsasən xüsusi ölçü alətlərinin, cihazlarının va tarǝzilərin standartlara uyğun olmaları barədə sertifikatları olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etmayə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, məhkəmə prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh verma haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 127-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. Yuxarıda sadaladığı normalardan da görünür ki, X3 barəsində əsasız olaraq inzibati qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 27740812 nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin Sərxan Alıyevin həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayətçi X1 hüquqlarının təmin edilməsi məqsədi ilə hesab edir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 27740812 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-in 115, 134-137-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 27740812 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1879/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1879/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver