Məhkəmə qərarları › İş №3(125)-1880/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1880/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1880/2025 25.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, X1 iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X11 haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X11 haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, DİN BDYPİ Polis X2 xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat miqdarında cərimə edilmişdir. O, DİN BDYPİ-nin Polis X2 xx.xx.2025-ci il tarixli qərarı ilə razı deyil və hesab edir ki, qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş, bir tərəfli araşdırlma aparılmış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Belə ki, o, İnzibati Xətalar Məcəlləsinin 353.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmiş, DAF FT XE 105 YÜK markalı **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan çəki oxa düşən kütlə parametrlərini aşmamış, yəni həmin maşında olan malın çəkisi 40 tondan aşağı 39 ton 160 kq olmuşdur və bu fakt şikayətinə əlavə etdiyi tərəzinin çeki ilə öz təsdiqni tapır. Lakin buna baxmayaraq inzibati xəta haqqında protokol tərtib edən şəxs bu halı nəzərə almayaraq, onun barəsində qərəzli olaraq inzibati xəta törətməyinə dair protokol tərtib edərək və heç bir əsas olmadan idarə etdiyi avtomaşını xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi dayancaq məntəqsində saxlatdırmışdır və fakt şikayətinə əlavə etdiyi çeklə öz təsdiqni tapır. Lakin buna baxmayaraq İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyinə dair heç bir sübut olmadığı halda onun barəsində inzibati xəta törətməyinə dair qərar qəbul edilmişdir. Beləliklə də, onun konstitusiya və qanunvericiliklə qorunan hüquqları Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən kobud şəkildə pozulmuşdur. Onun barəsində “X11 Haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Heç bir qayda pozuntusu törətmədiyi əsas götürülərək DİN BDYPİ-nin Polis X3 tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X11 haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 ərizədə göstərilənləri təsdiq edərək bildirmişdir ki, 04 iyun 2025-ci il tarixdə polis əməkdaşları onu saxlamış, ona yük maşınının yükünün ağır olduğunu bildirərək onu avtomobil duracağına aparmışlar. Orada baxış zamanı yük maşınının yükünün yerinə olduğunu müəyyən etmişlər. Onun yük maşını 5 gün dayanacaqda saxlanılmışdır. O, polis əməkdaşlarına saxlanıldığı zaman əgər pozuntu varsa yerində cərimə etmələrini istəmiş , lakin onlar ona dayanacağa getməli olduqlarını bildirmişlər. Onun DAF FT XE 105 YÜK markalı **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan çəki oxa düşən kütlə parametrlərini aşmamış, yəni həmin maşında olan malın çəkisi 40 tondan aşağı 39 ton 160 kq olmuşdur və bu fakt şikayətinə əlavə etdiyi tərəzinin çeki ilə öz təstiqini tapır. O, barəsində tərtib edilmiş “X11 Haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş - xx.xx.2025-ci il tarixli TP 7312851nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə onun barəsində 600 (altı yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. -xx.xx.2025-ci il tarixli tərəzi çekindən görünür ki, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan malın çəkisi 39 ton 160 kq olmuşdur . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində qeyd olunur ki, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə gör -fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Belə ki, X4 təqsirli olması “X11 Haqqında” xx.xx.2025-ci il tarixli TP 7312851nömrəli qərarda inzibati xətanın hansı formada aşkar olunması, inzibati pozuntunun nədə ifadə olunması və inzibati xətanın müəyyən edilməsi məqsədi ilə hər hansı bir xüsusi texniki vasitələrdən istifadə edilməsinə dair heç bir sübut və ya qeyd aşkar edilməmişdir. Məhkəmə şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına şəkil və video görünütü əlavə edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı və sənədlərin təqdim edilməsi ilə bağlı sorğu verilsə də nümayəndəsi məhkəməyə gəlməmiş və verilən sorğuya cavab verilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarla İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat cərimə edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X11 haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarla X4 İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Belə ki, DAF FT XE 105 YÜK markalı avtomobilin yüklü çəkisinin 40 tondan icazəli olub-olmaması və ya neçə tonadək onun maksimal çəkisinə icazə verilməsi heç bir sənəddə öz əksini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X5 barəsində X11 haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, X11 haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X11 haqqında qərar ləğv edilsin. X4 şikayətində və hazırkı qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın. Araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər hallar da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsi təmin edilsin. Əlavə araşdırmanın aparılması üçün materiallar Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar