Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1881/2023 08.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Şikayət vermiş şəxs X1, Azərbaycan Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin etibarnamə ilə nümayəndəsi X2 iştirakı ilə, X1 Azərbaycan Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli EP ******* saylı qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli EP ******* saylı qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və barəsində olan inzibati xətaya xitam verilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X1 barəsində inzibati xəta törətməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli EP ******* saylı qərarı qəbul edilsə də, həmin qərarı əsassız və ədalətsiz hesab edir. Belə ki, yuxarıda göstərilmiş qərar onun barəsində ona görə tərtib edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Çin Xalq Respublikasından göndərilmiş malların kiçik bir qismi cüzi fərqliliklə gəlmişdir. Halbuki adlarından asılı olmayaraq çəkiyə görə rüsum tutulmuşdur və rüsum tam ödənilmişdir. Sadəcə olaraq cəmi 5 kiçik qutu çaynik və termoslar cüzi qaydada yanlış qeyd edilmişdir. Malları göndərən Çin şirkətinin əməkdaşı cüzi səhvə yol vermişdir. Odur ki, özünü təqsirli hesab etmir. Məhkəmə iclasında X3 şikayətdə qeyd etdiyi halları bir daha göstərərək bildirdi ki, iş üzrə ekspertiza rəyində malların dəyəri süni olaraq şişirdilmişdir. Ona görə də, barəsində inzibati tənbeh yuxarı həddə seçilmişdir. Şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında bildirdi ki, barəsində icraat aparılan şəxs iş materialları ilə tanış edilmişdir. Təmsil etdiyi orqan ekspert rəyini mötəbər hesab edərək rəyə uyğun tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, inzibati tənbehvermə haqqında qərarı qəbul edən orqanın məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli Rəyindən görünür ki, tədqiqata təqdim edilmiş malların 4040 AZN dəyərində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X1 təqsiri təsdiq olunur. Beləliklə, X1 barəsində tərtib edilmiş Gəncə Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X1 barəsində Gəncə Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Gəncə Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli EP ******* saylı qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1881/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1881/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver