Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1881/2025 19.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Umud oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) Musa-zadə Elza Yaşar qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 19 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2016-cı il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsində icraatına başlanılmış Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2016-cı il tarixdən etibarən Ruslan və Ayselin yetkinlik yaşlarına çatanadək 216 manat sabit pul məbləğində aliment tutulub Musa-zadə Elza Yaşar qızına ödənilməlidir. Məhkəmə iclasında iştirak edən icra məmuru X2 bildirdi ki, borclu Şəxs müvafiq məhkəmə qərarının icrası ilə əlaqədar onun tələblərini yerinə yetirməmiş və nəticədə 15721 manat aliment borcu yaranmış və bununla əlaqədar Şəxs barəsində sözügedən inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, bildirdi ki, o, Rusiya Fedarasiyasında olduğundan və burda onun barəsində axtarış elan olunduğundan işləyə bilməmiş və buna görə də onun 15721 manat aliment borcu yaranmışdır. O, Rusiya Federasiyasından qayıtdıqdan sonra, yəni xx.xx.2024-cü il tarixdən hazırkı günə qədər 8500 manata yaxın ödəniş etmiş, hər ay da aylıq aliment ödənişindən əlavə 284 manat aliment borcundan ödəniş edir və bundan sonra da hər ay eyni qaydada ödəniş etməyə davam edəcəkdir. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Musa-zadə Elza Yaşar qızı məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu Şəxs borcu 15721 manat təşkil edir. Borclu borcunu qərəzli olaraq ödəmir. Ona görə də Şəxs hazırda borcunu tam ödəməsini, əks halda isə onun barəsində ciddi tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, icra sənədi üzrə xx.xx.2024-cü il tarixdən (axtarışla tutularaq İcra idarəsinə təhvil verildikdən sonra) bugünədək 8471 manat alimentin ödətdirilməsi təmin edilmişdir. Şəxs icra sənədi üzrə mövcud aliment borcu iyun ayı da daxil olmaqla 15721 manat təşkil edir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, borclu Şəxs barəsində inzibati xəta haqında protokol tərtib olunarkən 15721 manat aliment borcu olsa da, o, xx.xx.2024-cü il tarixdən (barəsində olan axtarış qərarı üzrə şöbəyə təhvil verildikdən sonra) hazırkı günə qədər 8500 manata yaxın ödəniş etmiş, hər ay da aylıq aliment ödənişindən əlavə 284 manat aliment borcundan ödəniş edir Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, barəsində icraat aparılan şəxsin əməlində qərəz mövcud deyildir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin təsvir edilmiş hallarını, onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsi şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-1881/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1881/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver