Məhkəmə qərarları › İş №3(125)-1882/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1882/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1882/2025 30.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 10, mənzil 30-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY Y Ə N E T D İ: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən 01 aprel 2025-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və digər sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, M.Rəhimov küçəsi, ev 19-da yaşayan X5 məxsus “Mercedes- E240” markalı 20 DF-232 dövlət qeydiyyat nişanlı avtomobilini qəsdən cızaraq ona 1000 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X6 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 232-1-ci maddələri ilə təqsirli bilinib qanunamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, 12 mart 2025-ci il tarixdə işə gedən zaman ona məxsus avtomobilin arxa hissəsində tanımadığı şəxs avtomobilini saxlamış, öz avtomobilini məcbur çıxarmaq istəyərkən ehtiyatsızlıqdan arxada dayanan avtomobilin sol tərəfini yüngül sürtmüş və bu səbəbdən avtomobilin sahibin kim olduğunu öyrəndikdən sonra 7 nömrəli məktəbə gedərək avtomobili cızdığını bildirmək istəmiş, lakin emosional olduğundan ona avtomobilin hərəkətinin məhdudlaşdırdığını bildirmiş, yaşadığı yeri, telefon nömrəsini söylərəyək hər hansı tələbi olarsa ona köməklik etməsi üçün vermişdir. O, G.Babyevaya normal münasibət göstərməsinə baxmayaraq sonuncu onun haqqında şikayət edərək həbs etdirmək istəmişdir. Səbənini soruşduqda onun avtomobilə dəymiş ziyanla bağlı tələbinin olmamasını və onu həbs etdircəyini bildirmişdir. O, həmin vaxt G.Babayevaya heçnə deməyərək oradan uzaqlaşmışdır. O, məktəbdə səs-küy salmamış, heç bir xuliqanlıq hərəkəti etməmişdir. Himayəsində 2 azyaşlı uşağı var. Qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirmişdir ki, o, 7 nömrəli orta məktəbdə informatika müəlliməsi işləyir. xx.xx.2025-ci il tarixdə avtomobilini işlədiyi məktəbin yaxınlığında saxlayaraq dərsə getmiş, adını sonradan bildiyi Xəyalə adlı şəxs dərs keçdiyi məktəbə gələrək avtomobili binanın qarşısında saxladığı üçün onu söyüb təhqir etmişdir. O, Şəxs söyüşlərlə bağlı iradını bildirməsinə baxmayaraq məhəl qoymamışdır. Bundan sonra kənardakı şəxslər Xəyalənin onun avtomobilini qəsdən cızdığını demiş, yaxınlaşıb baxdıqda görmüşdür ki, həqiqətəndə avtomobili cızılmışdır. Məhkəmədən Şəxs barəsində qanuna uyğun tədbir görülməsini xahiş edir. İş materiallarına əlavə edilmiş: -20 mart 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardadan görünür ki, Həsənova X4 Gülnar Səfər qızına məxsus “Mercedes” markalı, 20 DF-232 dövlət qeydiyyat nişanlı avtomobilinin 1000 manat ziyan vurmaqla Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən Şəxs barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Həmçinin, həmin qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən Şəxs barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. - 12 mart 2025-ci il tarixli “Avtomotoservis və Ticarət” Gəncə müəssisəsinin aktrəyindən görünür ki, “Mercedes-E240” markalı, 20 DF-232 dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qanad, sol ön qapı, sol arxa qapı və sol arxa qanad naməlum alətlə cızılmış, sıyrılmış və zədələnmiş, nəticədə dəymiş ziyan 1000 təşkil edir. - Gəncə şəhər prokurorluğunun 24 may 2025-ci il tarixli Gəncə şəhər 2-ci Polis Şöbəsinə ünvanlanmış məktubundan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 mart 2025-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. Məhkəmə iclasında Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, 7 nömrəli orta məktəbdə ucadan səs-küy salaraq ictimai qaydanı pozması sübut olunmamışdır. Belə ki, Şəxs tərtib olunmuş protokolda onun xırda xuliqanılq əməlinin törətməsi göstərilsədə, bu halı təsdiq edəcək sübutlar məhkəməyə təqdim olunmamışdır. İş materiallarında sadəcə xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, 7 nömrəli orta məktəbin müəllimləri tərəfindən tərtib olunduğu qeyd edilən aktın təsdiq edilməmiş surəti əlavə edilmişdir. Lakin, aparılmış təhqiqat araşdırması zamanı, eyni zamanda protokol tərtib etmiş şəxs həmin şəxslərin izahatını almamış nə dəki həmin şəxslərin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Belə olan halda heç bir mötəbər sübuta əsaslanmadan Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu səbdəndə məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanı törətməsi sübut olunmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Lakin, məhkəmə araşdırılması zamanı Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətanı törətməsi sübut olunmuşdur. Belə ki, iş Materiallarına əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-də araşdırılmış HK-1695 nömrəli materialın təsdiq edilmiş surətindən görünür ki, Şəxs izahatında işə gecikdiyi üçün əsəbləşdiyindən öz avtomobilinin açarı ilə həmin avtomobilin boyasını cızmasını bildirmişdir. Məhkəmə inzibati xətanı törətmiş şəxsin məhkəmə baxışı zamanı fərqli ifadə verərək avtomobili ehtiyatsızlıqdan cızması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq bu halın onun özünü müdafiə etməsi və məsuliyyətdən yayınmaq üçün qeyd edilən foramda ifadə verməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi Şəxs hərəkətləri Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri ilə üst-üstə düşür. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs oğlu İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin himayəsində 2 azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün vurulmuş zərərin bir misli miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanı törətməsi sübut olunmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 1000 manat məbləğində inzibati cərimə edilsin Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar