Məhkəmə qərarları › İş №3(125)-1884/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1884/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1884/2025 28.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin əmək müfəttişi X10 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” protokol qəbul edilmişdir ona görə ki, vəzifəli şəxs Şəxs mağaza müdir müavini vəzifəsində işlədiyi "xxxx" MMC-də əməyin mühafizəsi qaydalarını pozaraq mağazanın kassasında müştəriyə qalıq pulu təqdim etməsi üçün qalıq pul vəsaiti olmaması səbəbindən satıcı-kassir X7 mağazanın qarşı tərəfində təxminən 150 metr məsafədə yerləşən Oba marketə 50 manat pul vəsaitini xırdalaması məqsədilə göndərərkən X11 piyada keçidi olmayan yolu qarşı tərəfə keçərkən, Gəncə şəhəri, Məmməd Xələfov küçəsi ilə 2 tərəfli avtomobil yolunda hərəkətdə olan “Mersedes Benz C180” minik markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurması nəticəsində onun-alın sümüyünün sağ almacıq çıxıntısının xətti sınığı, baş beyin silkələnməsi, sol ənsə-təpə və sağ göz ətrafı nahiyəsinin hematomaları, əzilmiş yarası ilə müşayiət olunan qapalı-kəllə beyin travması, sol diz nahiyəsinin hematoması və sıyrıqları kimi xəsarətlər alaraq az ağır yaralanmışdır. Tərəflərin mövqeyi: Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X10 bildirmişdir ki, X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə daxil olmuş məlumatlara baxılmaqla tərtib edilmiş təhqiqat aktına əsasən "xxxx" MMC-nin mağaza müdir müavini Şəxs satıcı-kassir vəzifəsində çalışan X11 ilə Cəmiyyət arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyalarına aid olmayan işə cəlb etmiş, zərərçəkənin həyat və sağlamlığı üçün təhlükə törətmişdir. Bununla da "xxxx" MMC-nin mağaza müdir müavini Şəxs tərəfindən Cəmiyyət ilə arasında xx.xx.2025-ci il tarixdə bağlanılmış əmək müqaviləsinin 4.13- cü bəndinin (İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur) tələbi pozularaq X5 həyat və sağlamlığı üçün təhlükə törətmişdir. Daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonda nümayəndə X1 İlkin Əli oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq, sonuncunun tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, o zərərçəkmiş X7 pul xırdalaması üçün heç bir yerə göndərməmişdir. Belə ki, hadisə baş verən zaman o mağazanın arxa tərəfində siqaret çəkirmiş və satıcı-kassir vəzifəsində çalışan X11 müştərinin verdiyi pulu xırdalamaq üçün ondan icazə almadan pulu xırdalamağa getmiş və yolda bədbəxt hadisə baş vermişdir. Daha sonra o, məhkəmənin suallarına cavab olaraq bildirdi ki, X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsində vermiş olduğu ilk yazılı izahatında o satıcı-kassir vəzifəsində çalışan X5 müdiriyyət tərəfindən işdən çıxarılmaması üçün o cür yalan yalan izahat vermişdir. Daha sonra ona məlum oladakı onun özünü inzibati məsuliyyətə cəlbə edəcəklər, o X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə yaxınlaşaraq yenidən izahat vermişdir. X5 xəsarət almasında onun heç bir təqsiri yoxdur, bu səbəbdəndə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında şahid qismində iştirak edən, şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, o qeyd edilən marketdə satıcı-kassir vəzifəsində çalışıb. xx.xx.2025-ci il tarixdə müştəri mağazaya yaxınlaşıb alış-veriş etmişdir və ödəniş zamanı kassada xırda əskinaz olmadığı üçün satıcı-kassir X11 heç kimdən icazə almadan pulu götürmüş və xırdalamaq üçün mağazanı tərk etmişdir. Qısa müddət keçdikdən sonra məlumat verilmişdir ki, Binnətov Ülvi yol nəqliyyat hadisəsində xəsarət almışdır. Daha sonra o, məhkəmənin suallarına cavab olaraq bildirdi ki, X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsində vermiş olduğu ilk yazılı izahatında o satıcı-kassir vəzifəsində çalışan X5 müdiriyyət tərəfindən işdən çıxarılmaması üçün o cür yalan yalan izahat vermişdir. Daha sonra ona məlum oladakı onun izahatına görə Şəxs inzibati məsuliyyətə cəlbə edəcəklər, o X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə yaxınlaşaraq yenidən izahat vermişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində iştirak edən X17 izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-də də satış-əməliyyat nəzarətçisi vəzifəsində çalışır. Hadisə baş verən vaxt o orda olmamışdır. Sadəcə hadisə sonradan ona məlum olmuş, hadisənin araşdırılmasında iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs X8 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə zərərçəkmiş şəxs X5 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, "xxxx" MMCdə müdir müavini vəzifəsində çalışan Şəxs oğlu tərəfindən Cəmiyyət ilə arasında xx.xx.2025-ci il tarixdə bağlanılmış əmək müqaviləsinin 4.13- cü bəndinin (İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur) tələbi pozularaq X5 həyat və sağlamlığı üçün təhlükə törətmişdir, bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən əməyin mühafizəsi qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati xətasını törətmişdir. - 3-17-5/3-2-336/2025 nömrəli, xx.xx.2025-ci il tarixli “ baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi üçün Təhqiqat komissiyasının yaradılması haqqında” əmrdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı iiə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”-na əsasən “AL Market’ Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra- Cəmiyyət) işçisi X5 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiq edilməsi məqsədilə X15 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin məsləhətçisi-əmək müfəttişi X10, Cəmiyyətin SƏTƏM və Keyfiyyətə nəzarət bölməsinin SƏTƏM üzrə kiçik mütəxəssisi X20 və Cəmiyyətin İnsan resursun departamentinin insan resursları bölməsinin mütəxəssisi X2 ibarət Təhqiqat komissiyası yaradılmışdır. - “İstehsalatda bədbəxt hadisə haqqında” 2/2025 nömrəli aktdan görünür ki, bədbəxt hadisə xx.xx.2025-ci il tarixdə, saat 19:15 radələrində ünvan 1 ünvanında fəaliyyət göstərən mağazanın müdir müavini Şəxs tərəfindən mağazanın kassasında müştəriyə qalıq pulu təqdim etməsi üçün qalıq pul vəsaiti olmaması səbəbindən satıcıkassir X7 mağazanın qarşı tərəfində təxminən 150 metr məsafədə yerləşən Oba marketə 50 manat pul vəsaitini xırdalaması məqsədilə göndərərkən X11 piyada keçidi olmayan yolu qarşı tərəfə keçərkən, Gəncə şəhəri, Məmməd Xələfov küçəsi ilə 2 tərəfli avtomobil yolunda hərəkətdə olan “Mersedes Benz C 180” minik markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurması nəticəsində baş vermişdir. Satıcı-kassirin əmək müqaviləsində işçinin iş yerini (mağaza) tərk edərək hər hansı digər bir yerdə pul vəsaitinin xırdalaması nəzərdə tutulmamışdır. -“Məhkəmə-Tibbi Ekspertiza və X9” X23 Gəncə şəhər şöbəsi 14 aprel 2025-ci il tarixli 228 nömrəli məktubunda X5 xx.xx.2025-ci il tarixdə “MTE və PA Birliyi” PHŞ-nin Gəncə şəhər şöbəsində məhkəmə-tibbi müayinə edildiyini, müayinə nəticəsində onun-alın sümüyünün sağ almacıq çıxıntısının xətti sınığı, baş beyin silkələnməsi, sol ənsə-təpə və sağ göz ətrafı nahiyəsinin hematomaları, əzilmiş yarası ilə müşayiət olunan qapalı-kəllə beyin travması, sol diz nahiyəsinin hematoması və kimi xəsarətlər aşkar edilmiş, Ü.B.Binnətovun aldığı xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurma kimi qiymətləndirildiyini bildirmişdir. -xx.xx.2024-cü il tarixli Əmək müqaviləsindən görünür ki, "xxxx" MMC-lə X11 arasında müddətli (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək) əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilədən görünür ki, müqavilə direktor X27 Tuzcu ilə X18 arasında bağlanmışdır. -xx.xx.2018-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC-lə Şəxs arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilədən görünür ki, müqavilə direktor X27 Tuzcu ilə Şəxs arasında bağlanmışdır. -xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, "xxxx" MMC-lə X6 arasında əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilədən görünür ki, müqavilə direktor X27 Tuzcu ilə X6 arasında bağlanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2- ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu hissəsində əsasən Əməyin mühafizəsi – işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 02 noyabr 1999-cu il tarixli Qanunu 1- maddəsinə əsasən -texniki təhlükəsizlik- vətəndaşların və cəmiyyətin vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyətidir. -qəza - təhlükə potensiallı obyektlərdə istifadə olunan tikililərin və ya texniki qurğuların uçulması, dağılması, zədələnməsi, nəzarət edilə bilməyən partlayış və ya təhlükəli maddələrin ətraf mühitə yayılmasıdır. -hadisə - təhlükə potensiallı obyektlərdə tətbiq olunan texniki qurğuların dayanması yaxud nasazlığı, texnoloji rejim prosesindən kənara çıxma, eləcə də istehsal obyektində işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərin tələblərinin pozulmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Məhkəmə işçinin öz istəyi və ya həmin marketdə müdir müavini vəzifəsində işləmiş Şəxs göstərişinə əsasən mağazanın qarşı tərəfində yerləşən marketə pul vəsaitini xırdalaması məqsədilə getməsinə hüquqi qiymət vermədən ( kimin göstərişinə əsasən getməsinə münasibət bildirmədən) Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan maddənin dispozisyası baxımdan əməyin mühafizəsi qaydaları və texniki təhlükəsizlik tədbirlərinin nədən ibarət olması ilə bağlı aşağıdakıları qeyd edir. Əməyin hüquqi mühafizəsi iki mənada: geniş və məhdud mənalarda başa düşmək olar. Geniş mənada əməyin mühafizəsi dedikdə, işçilərin bütün əmək hüquqlarının qorunması başa düşülür. Məhdud mənada əməyin mühafizəsi dedikdə iş porsesinində işçilərin təhlükəsizliyinin, sağlamlığının və iş qabiliyyətinin qorunmasını təmin edən sosial-iqtisadi, təşkilati, texniki, gigieyna-profilaktik tədbirləri və vasitələri müəyyən və tənzim edən normalar sistemi kimi başa düşmək olar. Bu baxımdan qanunverici Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu hissəsində Əməyin mühafizəsinə anlayış verərərək qeyd etmişdir ki, Əməyin mühafizəsi dedikdə – işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə əmək məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemi başa düşülür. Görünüdüyü kimi, əmək məcəlləsi əməyin mühafizəsi anlayışına üç kateqoriya tədbirlər aid etmişdir.

1. Texniki təhlükəsizlik- tədbirləri, normaları və standartları sistemi

2. Sanitariya, gigiyena- tədbirləri, normaları və standartları sistemi

3. müalicə-profilaktika- tədbirləri, normaları və standartları sistemi. Aydındır ki, işçi X5 mağazanın qarşı tərəfində yerləşən “Oba” marketə pul vəsaitini xırdalaması məqsədilə göndərilməsi əməyin mühafizəsi qaydaları içərisində qeyd edilən sanitariya, gigiyena, müalicə-profilaktika tədbirlərinin pozulması kimi qiymətləndirmək olmaz. Madədə qeyd edilən texniki təhlükəsizliyin anlayışı isə “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 02 noyabr 1999-cu il tarixli Qanunu 1- maddəsində verilmişdir. Həmin normaya görə texniki təhlükəsizlik- vətəndaşların və cəmiyyətin vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyətidir. Həmin qanunda qəzaya və hadisəyə anlayış verilərək qeyd edilmişdir ki, -qəza təhlükə potensiallı obyektlərdə istifadə olunan tikililərin və ya texniki qurğuların uçulması, dağılması, zədələnməsi, nəzarət edilə bilməyən partlayış və ya təhlükəli maddələrin ətraf mühitə yayılmasıdır. Hadisə isə - təhlükə potensiallı obyektlərdə tətbiq olunan texniki qurğuların dayanması yaxud nasazlığı, texnoloji rejim prosesindən kənara çıxma, eləcə də istehsal obyektində işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərin tələblərinin pozulmasıdır. Görünüdüyü kimi, işçi X5 mağazanın qarşı tərəfində yerləşən “Oba” marketə pul vəsaitini xırdalaması məqsədilə göndərilməsini texniki təhlükəsizlik tədbirlərinin polulması kimi qiymətləndirmək olmur. Bu baxımdan məhkəmə qeyd edir ki, göstərilən üç şərtdən hər hansı birinin mövcud olmaması bu maddə ilə inzibati məsuliyyətini istisna edir. Məhkəmə hesab edir ki, işçi X5 mağazanın qarşı tərəfində yerləşən “Oba” marketə pul vəsaitini xırdalaması məqsədilə kim tərəfindən göndərilməsindən aslı olamayaraq həmin halı əməyin mühafizəsi qaydalarının pozulması kimi qiymətləndirmək olmaz. Hazırda qeyd edilən əməldə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına pozma halı olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin əmək müfəttişi X10 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol əsasən Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar