Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1889/2024 05.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin müdiri X2 25 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 onun İnzibati Xətalar Məcəlləsinin 322.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 50 manat inzibati cərimə olunması barədə 25 aprel 2024cü il tarixli MN ******* qərardan şikayət verərək, qərarın və protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, X4 mülkiyyətində **-FD-*** dövlət nişanlı “Ford Transit” markalı avtomobil vardır. Qeyd edilən avtomobil vasitəsi ilə mülkiyyətində olan Quba rayonu, Ağbil kəndində olan torpaq sahəsində yetişdirdiyi məhsulu satmaq üçün ölkə daxili satışı ilə məşğuldur. xx.xx.2024-cü il tarixdə, saat 14:10 radələrində AYNA-nin Gəncə əməkdaşları tərəfindən Goranboy rayonu, Qızılhacılı qəsəbəsində əsassız olaraq saxlanılaraq nəqliyyat vasitəsinin qanunla müəyyən olunmuş qaydada “Buraxılış kartı” olmadığını qeyd edərək İXM-nin 322.4-cü maddəsinə görə buraxılış kartı olmadan yük və qeyri müntəzəm sərnişin daşınmasına görə əlli manat məbləğində cərimə edilmişdir. O, əməkdaşlara kommersiya ilə məşğul olmadığını, sadəcə olaraq öz torpağında yetişdirdiyi məhsulun satışı ilə məşğul olduğunu bildirmişdir. Lakin AYNA-nin Gəncə Regional İdarəsinin əməkdaşları onun sözünə əhəmiyyət veməyərək inzibati xəta haqqında protokol tərtib edib onu 50 manat cərimə etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə X6 bildiriş göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirak etmiş AYNA-nın Gəncə Regional İdarəsinin nümayəndəsi X5 çıxışında Rəhim Orucovun buraxılış kartı olmadan yük daşıma fəaliyyəti göstərdiyini bildirmişdir. O, Rəhim Orucovun öz malını daşıyıb satmasını rəqabətə və inhisarçılığa qarşı müvafiq qanunvericiliyin tələblərini pozduğunu və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin bu məsələlərdə səlahiyyətli orqan olmasını bildirərək səlahiyyətləri çərçivəsində xx.xx.2024-cü il tarixdə qərar qəbul etmişdir. Sonda o həmin qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Gəncə Regional İdarəsinin nümayəndəsi X1 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, 25 aprel 2024-cü il tarixli MN ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 25 aprel 2024-cü il tarixli MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, X7 İXM-in 322.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə (buraxılış kartı olmadan yük və qeyrimüntəzəm sərnişin daşınmasına görə) 50 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.4-cü maddəsinə əsasən buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə – əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 idarə etdiyi avtomobillə buraxılış kartı olmadan yük daşıdığına görə İXM-in 322.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xətanı törətmiş şəxs tərtib edilmiş protokol və qərarla razılaşmadığını onunla əsaslandırmışdır ki, o, kommersiya fəaliyyəti ilə deyil, öz torpağında yetişdirdiyi məhsulun satışı ilə məşğuldur. Lakin o, bu fakta dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin müdiri X2 25 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1889/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1889/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver