Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1889/2025 14.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin nümayəndəsi, mütəxəssis X1 iştirakı ilə, xx.xx.1960-cı ildə Gədəbəy rayon, Qoşabulaq kəndində doğulmuş, həmin ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Abbasbəyli oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: “Mercedes” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, yəni avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxs Sadıqov X4 şəhəri, Atatürk prospekti ərazisində xx.xx.2025-ci il tarixdə saat 10:20-də aparılan yoxlama zamanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın əməkdaşlarına qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmişdir. Bununla da o, İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin inspektoru X3 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin nümayəndəsi, mütəxəssis X2 protokolun məzmununa uyğun çıxış edərək, protokolda qeyd olunan inzibati xətanın həqiqətən Şəxs Abbasbəyli oğlu tərəfindən törədildiyini və buna görə də onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs Abbasbəyli oğlu heç bir səbəb göstərmədən Gəncə şəhəri, Nizami prospekti ərazisində aparılan yoxlama zamanı sərnişin daşıma fəaliyyəti göstərən “MERCEDES” markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs Abbasbəyli oğlu qanunvericilikdə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs Abbasbəyli oğlu tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, həmin protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Abbasbəyli oğlu xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə inzibati qaydada məsuliyyyətə cəlb olunmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abbasbəyli oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Şəxs Abbasbəyli oğlu idarə etdiyi “Mercedes” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin daşınması fəaliyyəti ilə məşğul olarkən xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospekti ərazisində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada tələb olunan sənədləri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin əməkdaşlarına təqdim etməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abbasbəyli oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirərək hesab edir ki, Şəxs Abbasbəyli oğlu Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati tənbeh edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Abbasbəyli oğlu (FİN- 2MPHW1) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-1889/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1889/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver