Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1890/2025 20.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsində tərtib olunmuş material baxılması üçün 20 iyun 2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 20 iyun 2025-ci il tarixdə saat 10:00-radələrində Gəncə RQİ və TBŞ-in inzibati binasında ünvansız nalayiq söyüşlər işlətmişdir. Məhkəmə iclasında inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs X2 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, Şəxs 20 iyun 2025-ci il tarixdə saat 10:00-radələrində Gəncə RQİ və TBŞ-in inzibati binasında ünvansız nalayiq söyüşlər işlətmişdir. Odur ki, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, o, polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş və etdiyi əməldən peşman deyildir. Onun Gəncə RQİ və TBŞ-da işi həll edilmiş, lakin ondan əlavə 120 manat pul almışlar. O, 20 iyun 2025-ci il tarixdə Gəncə RQİ və TBŞ-ın inzibati binasına getmiş, onun oraya getmək səbəbi kimin nə iş ilə məşğul olmasını izləmək idi. İdarədə o, mayora, mayor da ona nalayiq ifadələr işlətmişdir. Orada ya mayoru yandırmaq, yada avtomobili partlatmağı düşünürdü. Törətdiyi əməldən peşman deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Aşurov Qəhrəman Vəkil oğlu izahatında bildirdi ki, o, 20 iyun 2025-ci il tarixdə Şəxs Ələdin oğlunu Gəncə RQİ və TBŞin inzibati binasında gördüyü zaman onun orda olma səbəbini soruşmuş və bu zaman Şəxs ona qarşı nalayiq ifadələr işlətmiş, onun ailəsini təhqir etmişdir. Ona onun başını kəsəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, o, xidmətdə olduğu zaman səs-küy eşitmiş və vətandaşın qışqıraraq nalayiq ifadələr işlətdiyini görmüşdür.Ona yaxınlaşaraq söyüş söyməməsini bildirmələrinə baxmayaraq o, qanunsuz hərəkətlərinə davam etmişdir. Şəxs mayora qarşı söyüşlər söyür və nalayiq ifadələr işlədirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, Şəxs 19 iyun 2025-ci il tarixdə Gəncə RQİ və TBŞ-ın inzibati binasına gəlmiş və o, ona lazımı köməklik göstərərək onun sənədlərini sistemdə qeyd etmişdir. O, 20 iyun 2025-ci il tarixdə təkrar idarəyə gəldiyi zaman mayor ona yaxınlaşaraq gəlmə səbəbini öyrənmək istədiyi zaman o, mayora qarşı söyüşlər söyməyə nalayiq ifadələr işlətməyə başlamış. Mayor onun qolundan tutub sakitləşdirmək istədiyi zaman onu vurmaq istəmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan səs yazısından məlum olur ki, Şəxs polis əməkdaşlarına qarşı heç bir səbəb olmadan təhqiredici nalayiq söyüşlər söyüb onları təhqir etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri toplanmış sübutlarla və özünün etirafedici ifadəsi ilə tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Çünki xx.xx.2004-cü il tarixli, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Şəxs Azərbaycan Respublikası DİN Gəncə RQİ və TBŞ-ın inzibati binasında heç bir səbəb olmadan təhqiredici nalayiq söyüşlər söyməklə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış qaydasını, yəni ictimai qaydanı pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 10 (on 0) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Həsənli Məhəmməd
Məhkəmə qərarları › İş №3(125)-1890/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1890/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver