Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1892/2023 18.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-602/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Goranboy Rayon Məhkəməsinin 2(045)- 267/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədləri müvafiq olaraq xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bugünki tarixə borclu Şəxs icra sənədləri üzrə cəmi 6777 manat borcu qalmaqdadır. Borclu Şəxs sonuncu izahatında borcunu tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru protokolu müdafiə edib qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs pensiya alan vaxtlarda pensiyanın 70 faizi aliment ödənişi üçün onun xeyrinə tutulmuşdur. Aliment borcu həddindən çox yığılmışdır və Şəxs ilə aralarında ödəniş barədə heç bir razılaşma olmamışdır. Sonda zərərçəkmiş şəxs məhkəmədən Şəxs həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, İ Qarabağ müharibəsi iştirakçısıdır. Əvvəllər pensiya almış, alimenti pensiya ilə ödəmiş, sonradan aldığı pensiya da kəsilmişdir. Onun pensiya dayandıqdan sonra bu qədər aliment borcu yaranmışdır. Sonda o, borcu ödəməkdən imtina etmədiyini, pensiyasının düzəlməsi üçün müraciət etdiyini, pensiyası düzəldikdən sonra yenə də ödənişlər edəcəyini bildirmiş, məhkəmədən işə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - 28 avqust 2023-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-602/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələb Şəxs tərəfindən icra edilmir. - 06 may 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Goranboy Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli 2(045)-1770/2018 saylı qətnaməsi ilə 08 dekabr 2003-cü il təvəllüdlü X2 və 14 avqust 2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün tutulan alimentin miqdarının dəyişdirilərək hər ay hər uşaq üçün 125 manat, cəmi 250 manat cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. - xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(045)- 602/2019 saylı xx.xx.2019-cu tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2019-cu il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət təyin edilmiş və həmin müddətdə aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Goranboy Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli 2(045)-602/2019 saylı qətnaməsi ilə 08 dekabr 2003-cü il təvəllüdlü X2 və 14 avqust 2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün tutulan alimentin miqdarının dəyişdirilərək hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. - xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(045)- 267/2020 saylı xx.xx.2020-ci tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2020-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin dərhal icra edilməsi, ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2020-ci il tarixli inzibati məsuliyyətə cəlb olunma haqqında xəbərdarlıqdan görünür ki, Şəxs Goranboy Rayon Məhkəməsinin 2(045)-267/2020 saylı xx.xx.2020-ci tarixli məhkəmə qərarının icra etməməsi barədə xəbərdar olunmuşdur. - 16 avqust 2022-ci il tarixli inzibati məsuliyyətə cəlb olunma haqqında xəbərdarlıqdan görünür ki, Şəxs Goranboy Rayon Məhkəməsinin 2(045)-267/2020 saylı xx.xx.2020-ci il tarixli məhkəmə qərarının icra etməməsi barədə xəbərdar olunmuşdur. - 18 aprel 2023-cü il tarixli inzibati məsuliyyətə cəlb olunma haqqında xəbərdarlıqdan görünür ki, Şəxs Goranboy Rayon Məhkəməsinin 2(045)-267/2020 saylı xx.xx.2020-ci il tarixli məhkəmə qərarının icra etməməsi barədə xəbərdar olunmuşdur. - borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatdan görünür ki, o, yaranmış 6777 manat məbləğində aliment borcunu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Yığılmış borcu ayda 50-70 manat ödəyə bilər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs aliment borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 600 (altı yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1892/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1892/2023
18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver