Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1894/2024 29.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri BPİ-nin 2-ci PŞ-nin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs Gəncə şəhəri ərazisində yüksək səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhəri 2-ci PŞ-nin polis sahə rəisi, polis kapitanı X4 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, şəxs barəsində protokol raport əsasında hazırlanmışdır. Beləki, xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində X1 Şəxs öz şəxsi avtomobili ilə avtovağzalın giriş-çıxışını bağlamışdır. Bunu görən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra avtomobilini giriş-çıxışdan götürməsini tələb etməklərinə baxmayaraq, o polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq nalayiq ifadələr işlədərək öz qanunsuz hərəkətlərinə davam etmişdir. Daha sonra onun avtomobili duracağa aparılmış, Şəxs isə tabesizlik göstərdiyindən polis əməkdaşları tərəfindən xidməti maşına mindirilərək 2-ci PŞ-nə çatdırılaraq növbətçi hissəyə təhvil verilmişdir. Bununla da Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sonda hadisə ilə bağlı videogörüntünü təqdim edə bilməyəcəklərini məhkəmənin nəzərinə çatdırmışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs çıxışında özünü təqsirli bilməyərək xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində X1 polis əməkdaşları onun, 3 manat məbləğində pul ödənişi etmədiyi üçün avtovağzal ərazisinə buraxmadıqlarını bildirmişdir. Buna görə də o, əsəbləşib giriş-çıxış yolunu bağlamışdır. Bu zaman polis əməkdaşları yaxınlaşaraq ona avtomobilini yoldan çəkməsini tələb etmişlər o, isə avtomobilini çəkməmişdir. Daha sonra onun avtomobili duracağa aparılmışdır. O, heç bir müqavimət göstərmədən polis əməkdaşlarının xidməti maşınına minib 2-ci Polis Şöbəsinə getmişdir. Sonda o, polis əməkdaşlarına müqavimət göstərmədiyini bir daha qeyd edərək ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Gəncə ŞBPİ-nin polis kiçik serjantı X5 raportun məzmununa uyğun çıxış edərək xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində 20 saylı marşrutda olarkən X1 Şəxs öz şəxsi avtomobili ilə avtovağzalın giriş-çıxışını bağladığını bildirmişdir. Bunu görən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra avtomobili giriş-çıxış yolunun önündən çəkməsini tələb etməklərinə baxmayaraq, o polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq nalayiq ifadələr işlədərək öz qanunsuz hərəkətlərinə davam etmişdir. Daha sonra onun avtomobili duracağa aparılmış, Şəxs isə tabesizlik göstərdiyindən polis əməkdaşları tərəfindən xidməti maşına mindirilərək 2-ci PŞ-nə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Gəncə ŞBPİ-nin polis əməkdaşı Şahid1 X5 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfi dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Beləki, işin faktiki hallarından və Şəxs məhkəmə iclasında verdiyi izahatdan görünür ki, Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisə qarşı müqavimət göstərməmiş, əksinə o, özü maşına oturaraq şöbəyə getmişdir. İş üzrə şahid kimi dindirilmiş polis əməkdaşı X3 verdiyi ifadəyə məhkəmə qiymət verərək hesab edir ki, şahid barəsində icraat aparılan şəxs Şəxs qarşı ziddiyyətlidir. Çünki məhkəmə iclasında şahid Şəxs ona müqavimət göstərməsi ilə bağlı hər hansı sübut (səs yazısı, video görüntü) təqdim edə bilməmişdir. Həmin Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, Şəxs əməlində İXM-in 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində İXM-in 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, o, yalnız İXM-in 510-cu maddəsi ilə inzibati tənbeh olunaraq məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmaqdan azad edilməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlərə əsasən tam şəkildə sübuta yetirilir. Məhkəmə araşdırması zamanı Şəxs İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 510-cu maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Bununla belə Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli protokoldan məlum olur ki, Şəxs həmin tarixdə, saat 16:00-da inzibati qaydada tutulmuşdur. Buna görə də məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, daha ciddi xəta nəzərdə tutulan Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş 100 manat məbləğində cərimənin dörddə üçü həddində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2024-cü tarixli, MN ******* saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Ağayev X6 Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 50 (əlli) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1894/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1894/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver