Məhkəmə qərarları › İş №3(125)-1895/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1895/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1895/2023 28.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər 2-ci Polis şöbəsinin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Yeni Gəncə massivi ev 39, mənzil 19-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 28 avqust 2023-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər 2-ci Polis şöbəsinin İTB-nin sahə rəisi X4 tərəfindən tərtib olunmuş 28 avqust 2023-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Gəncə şəhər 2-ci X7 ərazisində xx.xx.2023-ci il tarixdə xırda xuliqanlıq hərəkətləri edərək, polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər 2-ci Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, Gəncə şəhər 2-ci X7 ərazisində xx.xx.2023-ci il tarixdə xırda xuliqanlıq hərəkətləri edərək, polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, o yoldaşı ilə münasibətlərini düzələtmək üçün yoldaşının işlədiyi gözəllik salonuna getmiş və yoldaşı ilə söhbət etmişdir. Bu zaman gözəllik salonunun rəhbəri çıxaraq onları söhbət etməyə qoymamışdır. Bu zaman onların arasında mübahisə yaranmışdır. Daha sonra o gözəllik salonundan çıxaraq getmişdir. Bu zaman post patrul əməkdaşları onun maşınını daxlamışdır. Post patrul əməkdaşları ilə aralarında mübahisə olsa da onları və şəhidləri təhqir etməmişdir. Həmin vaxt içkili olduğu üçün özündə olmamışdır. Daha sonra polis əməkdaşlarından etdiyi hərəkətə görə üzr istəmişdir. Bir daha belə hallara yol verməyəcəyini, iki azyaşlı övladınının olduğunu bildirərək ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş PPXT-nin polis nəfəri, polis baş serjantı X2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə 17:00 radələrində 4686 çağırışlı p/a H.Əliyev pr, 20 nömrəli məktəbin qarşısına onları köməyə çağırmışdır. Onlar da 4690 çağırışlı patrul maşını ilə həmin adresə yaxınlaşan zaman yenidən onları sərçə bazarı deyilən bazarın qarşısındakı əraziyə köməyə çağırılmışdır. Bu zaman Şəxs onların qanuni tələbinə tabe olmamış, ətrafdakı adamlarıda ora yığaraq ünvanlı-ünvansız söyüşlər söyməyə başlamışdır. Daha sonra ona sakitləşməsi bildirilsə də o sakitləşməmişdir. Ona görə də fiziki qüvvə tətbiq edərək onu post patrul maşınına mindirərək 2-ci şöbəyə təhvil vermişlər. Sonradan məlum olmuşdur ki, Şəxs H.Əliyev pr-də yerləşən gözəllik salonuna daxil olaraq Nərgiz adlı qadını və oradaki digər qadınları nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra Şəxs polisin qanuni əmrinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis siravisi X5 PPXT-nin polis nəfəri, polis baş serjantı Hidayət İsmayılov ilə eyni məzmunda izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis baş serjantı Müzəffər İsayev ifadəsində göstərdi ki, daxil olmuş məlumat əsasında gözəllik salonunun qarşısına getmişlər. Bu zaman gözəllik salonunun rəhbəri həmin şəxsin maşına minərək uzaqlaşdığını bildirmişdir. Onlar da 4690 çağırışlı P/a maşının köməyə çağırmışlar. Bu zaman Şəxs onların qanuni tələbinə tabe olmamış, ətrafdakı adamlarıda ora yığaraq ünvanlı-ünvansız söyüşlər söyməyə başlamışdır. Daha sonra ona sakitləşməsi bildirilsə də o sakitləşməmişdir. Ona görə də fiziki qüvvə tətbiq edərək onu post patrul maşınına mindirərək 2-ci şöbəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis serjantı X3 polis baş serjantı Müzəffər İsayev ilə eyni məzmunda izahat vermişdir. İş materiallarında olan raportdan görünür ki, Müzəffər İsayev, Bəhmən Abbasov, Ruzi Muradlı, Hidayət İsmayılov raportla baş vermiş hadisə barəsində məlumat vermişlər. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 17-15-də tutulmuşdur. İş materiallarında olan 27 avqust 2023-cü il tarixli 2205/2023 nömrəli tibbi müayinə aktından görünür ki, Şəxs sərxoşluq hallarının müəyyən edilməsi üçün testdən keçməkdən imtina etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün qismən etirafedici izahatı ilə yanaşı, şahid ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 27 avqust 2023-cü il tarixdən saat 17-15-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar