Məhkəmə qərarları › İş №3(125)-1896/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1896/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1896/2025 30.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 27584336 nömrəli qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 şikayət verərək DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 27584336 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, “Volkswagen Crafter" yük sərnişin markalı, ** ED *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ üzrə ona məxsusdur. Ona məxsus avtomobilə dair X2 etibarnamə təqdim etmişdir. Avtomobilini həmin şəxs idarə edir və onun istifadəsindədir. 13 iyun 2025-ci il tarixidə Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsinə yaxınlaşıb avtomobilinin cərimələrini yoxladıqda ona xx.xx.2025-ci il tarixində EQ 27584336 nömrəli qərar qəbul edildiyini və İnzbati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə 50 manat məbləğində cərimə olunduğu məlum olmuşdur. Qərara ələvə edilmiş fotoşəkildən aydın olur ki, cərimə “KİA” markalı, 20 EO-390 dövlət qeydiyyat nişanlı avtomobilə məxsusdur. Lakin, onun avtomobili “Volkswagen Crafter” yük sərnişin markalı ** ED *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir. O, həmin inzibati xəta haqqında protokol və qərar ilə razı deyil. Bu səbəbdən barəsində tətbiq olunmuş inzibati tənbeh vermə barədə qərar ləğv olunmalıdır. Odur ki, ona məxsus ‘Volkswagen Crafter” yük sərnişin markalı, ** ED *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə tərtib edilmiş 26 aprel 2025-ci il tarixli EQ 27584336 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 çıxışında şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsi tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27584336 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan 26 aprel 2025-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 ona məxsus olan “Volkswagen Crafter" yük sərnişin markalı, ** ED *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icbari sığorta etməməsinə görə xx.xx.2025-ci il tarixdə İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27584336 nömrəli qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, tərtib edilmiş elektron qərardan və ona əlavə edilmiş foto-şəkildən aydın olur ki, inzibati xəta “KİA” markalı 20 EO-390 dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə törədilmişdir. Lakin, inzibati xəta haqqında elektron qərarda inzibati xətanın “Volkswagen Crafter" yük sərnişin markalı, ** ED *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilməsi əks olunmuşdur. Elketron Məhkəmə informasiya sistemi vasitəsi ilə verilmiş sorğudan görünür ki, X1 mülkiyyətində “KİA” markalı 20 EO-390 dövlət qeydiyyat nişanlı avtomobil yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası BDYPİ tərəfindən “KİA” markalı 20 EO-390 dövlət qeydiyyat nişanlı avtomobilin kimə məxsus olması, həmin avtomobili kimin idarə etməsi tam aydınlaşdırılmamış. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; - 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27584336 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün DİN Baş X6 İdarəsinə qaytarılmalıdır. Məhkəmə, X1 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissəsində şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsi tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27584336 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar