Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-19/2025 03.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, tələbkar şəxs Zərərçəkmiş şəxs1, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatında olan 2 saylı Gəncə regional “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 8İ-4242 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 20025 (iyirmi min iyirmi beş manat) məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2353/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 3223,85 manat məbləğində pul vəsaiti və 52.23 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1208/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 3461,07 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədləri Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və müvafiq tarixlərdə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olduğundan icraata başlamaq haqqında qərar qəbul edilərək, surətləri tərəflərə və məhkəməyə göndərilmiş, həmçinin borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim olunmuşdur. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs müxtəlif tarixlərdə xəbərdarlıq məktubları təqdim edilmişdir. Borclu Şəxs Gəncə şəhəri üzrə İcra idarəsinə dəvət olunaraq izahatı alınmış, hüquq və vəzifələri ona izah olunmuşdur. Borclu izahatında 2 saylı Gəncə regional “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 8İ-4242 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə hal-hazıradək cəmi 2700 manat ödəniş etdiyini qeyd edərək, həmin icra sənədi üzrə borcundan hər ay 500 manat ödəniş edəcəyini bildirmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2353/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə cəmi 376 manat ödəniş etdiyini və hər ay 200 manat ödəniş edəcəyini, Gəncə Kommersiya Məhkəməsinin 2- 2(115)-1208/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə isə heç bir ödəniş etmədiyini həmin icra işi ilə bağlı məhkəməyə müraciət etdiyini izahatına əlavə etmişdir. 2 saylı Gəncə regional “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 8İ-4242 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbkarın təqdim etdiyi qəbzlərə əsasən borclunun cəmi 1900 manat ödəniş etdiyi məlum olmuşdur. İcra işləri ilə bağlı xx.xx.2024cü il tarixdə tələbkarlarla sonuncu dəfə mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış, tərəflər icra sənədi üzrə borcun tam şəkildə ödənilməsi istiqamətində borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Belə ki, borclu Şəxs barəsində icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş, lakin borclu icra sənədləri üzrə borcunu tam şəkildə ödəməkdən yayınmışdır. Qeyd olunanlara əsasən Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tələbkar hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs2MMC tərəfindən məhkəməyə ərizə ünvanlayaraq məhkəmə prosesində üzürlü səbəblərdən iştirak edə bilmədiyini bildirərək prosesin onların iştirakı olmadan keçirilməsini və borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında icra məmuru X2 protokolun məzmununa uyğun çıxış edərək protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs1 çıxışında bildirmişdir ki, borclu Zərərçəkmiş şəxs1 borcundan 3700 manat ödəniş etmiş və qalan borcu isə onu təhqir edərək ödəməyəcəyini demişdir. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs çıxışında Zərərçəkmiş şəxs1 olan borcundan 1100 manat bu ay, 500 manat keçən ay ödədiyini qeyd edərək 20000 manatdan cəmi 4300 manat ödəniş etdiyini və qəbzlərin mobil telefonunda olduğunu bildirmişdir. O, hər ay Zərərçəkmiş şəxs1 1000 manat, digər tələbkarlara isə hər ay 500 manat ödəniş edə biləcəyini bildirərək barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokodan görünür ki, 2 saylı Notariat ofisinin 8İ-4242 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 20025 (iyirmi min iyirmi beş) manat məbləğində pul alınaraq tələbkara ödənilməlidir. - 2 saylı Gəncə regional “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 8İ-4242 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinə qeydinə əsasən Şəxs xx.xx.2023-cü il müddət üçün vaxtında ödənilməmiş 20000 (iyirmi min) manat və 25 (iyirmi beş) manat olmaqla, cəmi 20025 (iyirmi min iyirmi beş) manat tutulmalıdır. - xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs icra qeydində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubundan görünür ki, Şəxs icra qeydini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-2353/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 3223,85 (üç min iki yüz iyirmi üç manat 85 qəpik) manat məbləğində pul vəsaiti və 52.23 (əlli iki manat 23 qəpik) manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. - xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs icra qeydində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1208/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 3407 (üç min dörd yüz yeddi) manat məbləğində pul vəsaiti və 54,07 (əlli dörd manat 07 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə ödənilməlidir. - xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs icra qeydində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - borclu şəxsin Şəxs icra idarəsində verdiyi izahatından görünür ki, maddi vəziyyətinin zəif olduğunu və rəsmi qazanc yerinin olmadığını əsas gətirmişdir. - ödəniş qəbzlərindən görünür ki, Şəxs “Kontakt Home”-a 500 manat, "xxxx"ASC-yə 950 manat və 150 manat borcundan ödəmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-19/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-19/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver