Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1905/2025 02.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızı, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Samux rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon Polis Şöbəsinin polis leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə tərtib edilmiş protokol iş materialları ilə birgə baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tаriхli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat miqdarında cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, inzibati protokolu tərtib edən Samux rayon Polis Şöbəsinin nümayəndəsi və barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan bахılmаsını mumkün hеsаb еdir. İş mаtеriаllаrındа оlаn və məhkəmə bахışındа tədqiq еdilmiş: - xx.xx.2024-cü il tаriхli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs оğlu Аzərbаycаn Rеspublikаsı İnzibаti Хətаlаr Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində inzibаti cərimə еdilmişdir. - xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibаti хətа hаqqındа prоtоkоldаn görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə qəbul еdilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra еtməmişdir. - Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-1343/2025 saylı qərarına əsasən Şəxs şikayəti təmin edilərək xx.xx.2024-cü il tаriхli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və Şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-1343/2025 saylı qərarına əsasən ləğv edilmişdir. Belə olan halda ləğv edilmiş qərara görə Şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 105.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1905/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1905/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver