Məhkəmə qərarları › İş №3(125)-1913/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1913/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1913/2024 03.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlu, X2 24 aprel 2024-cü il tarixli EQ 20752648 nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Gəncə Şəhər Məhkəməsinə X2 X3 barəsində tərtib edilmiş 24 aprel 2024-cü il tarixli EQ 20752648 nömrəli inzibati tənbehvermə haqqında Qərarın ləğv edilməsinə dair şikayət ərizəsi daxil olmuşdur. Məhkəmə işin baxılmağa hazırlanması zamanı şikayət ərizəsini və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi onu göndərmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsi X4 tərəfindən təqdim edilsə də, inzibati tənbehvermə haqqında qərarın X3 barəsində tərtib edilməsi müəyyən edilmişdir. X2 X1 adından məhkəmədə çıxış etmək səlahiyyətini təsdiq edən hər-hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: X2 X3 barəsində tərtib edilmiş 24 aprel 2024-cü il tarixli EQ 20752648 nömrəli inzibati tənbehvermə haqqında Qərarın ləğv edilməsinə dair şikayət ərizəsi şikayətçiyə geri qaytarılsın. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar