Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1922/2025 09.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 09 iyun 2022-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə Apellasiya Məhkəməsinin 2-2(104)34/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 34.600 manat sabit pul məbləğində pul və saxlanılan soyuducular, onların dəyərləri olan 11800 manat pul 400 manat mediasiya xərci 229,2 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununuq 8-ci maddəsinin tələblərinə uyğun olduğundan icraata başlamaq haqqında qərar qəbul edilərək, surəti tərəflərə və məhkəməyə göndərilmiş, həmçinin borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. Borclu Şəxs idarəyə dəvət edilmiş, borclunun izahatı alınmış ondan 34600 manat pul borcunu soyuducuların dəyəri 11800 manat olmaqla 400 manat medisiya xərci və 229.2 dövlət rüsumunun ödənilməsi tələb edilmişdir. Lakin borclu imkanı olmadığını əsas gətirərək hər ay 400 manat məbləğində ödəniş etmək imkanı olduğunu bildirmişdir. Bununla da, borclu Əliyev X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Hal-hazırda borclu Şəxs borcu 47.029 manat təşkil edir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 protokolun məzmununa uyğun izahat verərək və əlavə olaraq bildirdi ki, borclu icra sənədində göstərilən soyuducuları təhvil verməyə hazır olduğunu dəflərlə bildirmiş, lakin tələbkar soyuducuları qəbul etməmişdir. İcra sənədində göstərilən vəsaiti borclu hissə-hissə ödəmək istəmiş, lakin tələbkar hiss-hissə ödənişlə razı olmamış bu səbdəndə hesab təqdim etməmişdir. Məhkəmə iclasından bir neçə gün qabaq, tələbkar ödəniş hesabını təqdim etmiş, bundan sonra borclu cəmi 400 manat ödəniş etmişdir. Göstərilən halları nəzərə alıb, borclu barəsədinə qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2-2 (104)-34/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 16 oktyabr tarixli e-2-2(115)- 940/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 34.600 manat borc və qanunsuz olaraq istifadədə saxlanılan bir ədədinin dəyəri 350 manat olan 300 L-2 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314 L-6 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400 L-16 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600 L-3 ədəd soyuducunun geri qaytarılması və bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 11.800 manat pul və 400 manat mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehdən 229,2 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024cü il 6 mart tarixli 2-2(104J-34/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin öhdəliyin icrasının gecikdirilməsinə görə 4.000 manat məbləğin cavabdehdən tutulmasının rədd edilməsi hissəsində ləğv olunaraq, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə qismən təmin olunmuş, cavabdehdən öhdəliyin icrasının gecikdirilməsinə görə 250 manat faiz məbləğinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, apellyasiya şikayəti qalan hissədə təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)-459/2024 saylı qərarı ilə kassasiya şikayətinin təmin olunmaması, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 mart tarixli 2-2(104)-34/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-34/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Şəxs X1 400 manat ödəniş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-34/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, borcun ödənilməsi üçün icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Şəxs izahatına münasibətdə məhkəmə qeyd edir ki, tələbkarın hesab nömrəsini təqdim etməməsini əsas gətirmiş, lakin hesab nömrəsi təqdim olunduqdan sonra isə cəmi 400 manat ödəniş olunmuşdur. Məhkəmə bu izahatı məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Tətbiq ediləcək inzibati tənbehlə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. 1950-ci il noyabrın 4-də Roma şəhərində imzalanmış "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya 16 sentyabr 1963-cü ildə əlavə edilmiş 4 saylı protokolun 1-ci maddəsinə əsasən “Heç kim yalnız müqavilə öhdəliyini yerinə yetirə bilmədiyinə görə azadlığından məhrum edilə bilməz.” Qeyd edilən halları nəzərə alaraq məhkəmə qeyd edir ki, borcun yaranmasına səbəb tərəflər arasında olan müqavilə münasibətləri olmuşdur. Belə olan halda ilk dəfə qeyd edilən inzibati xətanı törətmiş şəxs barəsində həbsin tətbiq edilməsi yuxarıda qeyd edilən konvensiyanın tələblərinin pozulmasına səbəb ola bilər. Bu baxımdan məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-1922/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1922/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver