Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1923/2023 29.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər prokurorluğundan daxil olmuş materialı məhkəmənin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən xx.xx.2023cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-in 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edilərək məhkəməyə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, toplanmış material şəhər prokurorluğunda öyrənilmiş, Şəxs Gəncə şəhəri, Atatürk prospekti, 95 saylı aptekin yaxınlığında, köhnə “Əminə Market”in yanında yerləşən obyekti icarə əsasında işlətmişdir. Həmin obyektdə “BM Travel” adlı şirkət yaratmışdır. Həmin şirkəti o təsis etmiş, şirkət turizm şirkəti olmaqla, fəaliyyəti ölkəxarici aviabiletlərin satışını həyata keçirməkdən ibarət olmuşdur. Belə ki, vətəndaşlar şirkətə müraciət edərək xarici ölkəyə səfər etmək istədiyini bildirmiş, o da şəxsə aviabiletini vermiş, lakin turlar təşkil etməmişdir. Həmin aviabiletləri online olaraq "xxxx" QSC, həmçinin digər xarici şirkətlərdən almış, fəaliyyəti online həyata keçirildiyi üçün alış nəticəsində şirkətə cashback daxil olmuş, əlavə olaraq şirkət dəfələrlə bilet alışını həyata keçirdiyi üçün alış qiymətində güzəşt olunmuş, həmin güzəşt təxminən 5 manat məbləğində olmuşdur. Buna görə də hər vətəndaşdan bilet alışı ilə əlaqədar 5 manat ödəniş alınmışdır. Şirkət 29 mart 2023-cü il tarixdən 2023-cü ilin iyun ayının əvvəlinədək fəaliyyət göstərmişdir. Həmin şirkət dövlət qeydiyyatına alınmamışdır. Belə ki, fəaliyyət göstərdiyi yer çox kiçik olduğundan və fəaliyyətə yeni başladığından şirkətin dövlət qeydiyyatına alınması üçün müraciət etməmişdir. Şirkətin həyata keçirdiyi fəaliyyət nəticəsində aylıq azı 800 manat gəlir əldə etmiş, şirkət həftənin bazar günləri istisna olmaqla hər gün 2023-cü ilin martın 29-undan iyun ayının əvvəlinədək fasiləsiz olaraq işləmişdir. Şirkət ölkədaxili turlar təşkil etməmişdir, çünki ölkdədaxili biletləri satmağa dövlət tərəfindən heç bir aviakassaya icazə verilməmiş, həmin biletlər yalnız "xxxx" QSCnin aviakasslarından alınmalı olmuşdur. Təxminən 2 ay əvvəl “BM Travel” şirkətində işlərin yerinə yetirilməsinə cəlb etdiyi anket məlumatlarını bilmədiyi İlkin adlı şəxs səhvən vətəndaşa Naxçıvana uçuş bileti satmışdır. Daha sonra uçuş zamanı vətəndaşa problem yarandığından Gəncə şəhər X4 Polis Şöbəsində həmin halla əlaqədar araşdırma aparılmışdır. İşçisinin həmin səhvinə görə vətəndaşa dəymiş ziyanı tam ödəmişdir. 2023cü ilin 29 mart tarixindən iyun ayının əvvəlinədək həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində aylıq azı 800 manat olmaqla ümumilikdə 2 ay ərzində 1600 manat gəlir əldə etmişdir. Həyata keçirdiyi sahibkarlıq fəaliyəti ilə bilet alışlarını online qaydada həyata keçirmiş, buna görə də xarici ölkələrdəki aviakompaniyalara ödənişləri ona məxsus 4189 8000 8034 1975 nömrəli "xxxx" ASC-yə məxsus kartı vasitəsilə həyata keçirmişdir. Hər bilet alışınına görə vətəndaşlardan 5 manatdan artıq alınmamış, cashback isə biletlərin qiymətinə uyğun olaraq dəyişmiş, təxminən 170 manatlıq biletə 2 manat cashback gəlmişdir. Şəxs qazanc əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, yəni Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə məşğul olmaqla onun tərəfindən Azərbaycan Respublikası İXM-in 398-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin törədilməsi faktı araşdırma zamanı kifayət qədər təsdiq edilmişdir. Qərarı və iş materiallarını araşdıraraq hesab edirəm ki, qərar düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də qərar və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərarda qeyd olunmuşdur ki, vətəndaş Şəxs dövlət qeydiyyatına alınmadan “BM Travel LLC” şirkətini yaratmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində qeyd edilir ki, Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Göründüyü kimi həmin normanın sanksiyasında inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilməsi imperativ qaydada göstərilmişdir. Başqa sözlə, əgər məhkəmə şəxsi İXM-in 398-ci maddəsi ilə təqsirli bilərsə, tənbeh növü kimi inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə etməlidir. Lakin inzibati xəta haqqında materialı araşdırarkən müəyyən olundu ki, Şəxs qanunsuz sahibkarlıq fəaliyyəti ilə olaraq əldə etdiyi gəlirin məbləği dəqiq müəyyən olunmamış, sadəcə onun özünün izahatında həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində aylıq azı 800 manat olmaqla ümumilikdə 2 ay ərzində 1600 manat gəlir əldə etdiyi deməsi əsas götürülmüşdür. Halbuki səlahiyyətli orqan tərəfindən ətraflı inzibati araşdırma aparılmalı, zərurət olduqda müvafiq dövlət orqanlarına sorğular verilməklə və ekspertiza təyin olunmaqla əldə edilmiş gəlirin məbləği dəqiq müəyyənləşdirilməli idi. Belə olan təqdirdə, inzibati xəta haqqında işə baxılması nəticəsində Şəxs İXM-in 398-ci maddəsi ilə təqsirli bilinməsi halında, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilməsi məsələsini həll etmək qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 99-cu maddəsinin məzmununa görə inzibati xəta haqqında protokol tərtib edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün müvafiq səbəb və əsas olmalıdır. Həmin Məcəlləyə görə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxid kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar ola bilər. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 100.1, 100.1.1, 100.1.2, 100.1.3, 100.1.4, 100.1.5, 100.1.6, 100.1.7 və 100.1.8-ci maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilir. Həmin Məcəllənin 101-ci maddəsinin məzmununa görə isə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqın iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə araşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə protokol 102.5-ci maddədə göstərilən müddətlərdə tərtib edilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Həmin Məcəllənin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar düzgün tərtib olunmadığından və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar və toplanmış material Gəncə şəhər prokurorluğuna geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1923/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1923/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver