Məhkəmə qərarları › İş №3(125)-1925/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1925/2024

01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1925/2024 01.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qzının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Gəncə şəhər DYPŞ-nin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli EQ 21283931 nömrəli inzibati xəta haqqında qərarlarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü tarixli EQ 21283931 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, qeydiyyatda olduğu ünvan ünvan 1 ara küçə nişanı ilə nişanlanıb və evlər küçənin əsas küçə olan Atatürk prospektindən sol istiqmətdə yerləşir. Həmçinin evinin qarşısında 27 nömrəli tam orta məktəb yerləşir və günün səhər, nahar vaxtlarında məktəbə gələn digər maşınların əlindən evinin qarşısında küçənin hərəkət istiqamətinin sağ tərəfində avtomobilini saxlaya bilmir. xx.xx.2024-cü il tarixdə təxminən 14:00 radələrində və xx.xx.2024-cü il tarixdə təxminən 15:00 radələrində DYP əməkdaşları tərəfindən evinin qarşısında avtomobilini guya park etdiyi üçün İXM-in 346.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuş və müvafiq qərar qəbul edilmişdir. Belə ki, o, qeyd olunan inzibati tənbeh vermə haqqında hər iki qərarla razı deyil. Qeyd olunan tarixlərdə evinə gəlmiş və avtomobilində olan yükləri evə boşaltmaq üçün avtomobili evinin giriş qapısında saxlamışdır. DYP inspektorunun özünün çəkdiyi foto şəkillərdə də görünür ki, evin giriş qapısı açıq həmçinin avtomobilin sol sürücü tərəf şüşəsi də açıq şəkildədir. Yəni o, avtomobili qadağan olunmuş yerdə park etməmiş, sadəcə evinə yükləri boşaltmaq və yol hərəkətinin digər iştirakçılarına maneə törətməmək üçün avtomobili evin qapısnın girişində saxlamışdır. Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozması hallarına görə tədbiq edilir. Həmçinin xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarın nömrəsinin olmadığını, xüsusi qurğu ilə aşkarlanmış foto şəkil çəkən texniki vasitələrin labarator müayinə küçməsi və texniki sazlığı ilə bağlı heç bir qeydin olmadığını bildirərək barəsində qəbul edilən qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 şikayətin məzmununa uyğun izahat verərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinərək, 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli EQ 21283931 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası İXM-in 346.1ci maddəsi ilə təqsirli bilinərək, 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən və xx.xx.2024-cü il tarixli qərarın nömrəsinin olmadığından Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli EQ 21283931 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli EQ 21283931 nömrəli qərarlarla X1 İXM-in 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli EQ 21283931 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə şəhər DYPŞ-yə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-in 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Gəncə şəhər DYPŞ tərəfindən X2 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli EQ 21283931 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin və qərarların surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün Gəncə şəhər DYPŞ-yə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar