Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1927/2023 31.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 31 avqust 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-390/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, 20 may 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs 20 noyabr 2017-ci il tarixdən başlayaraqhər ay 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində aliment alınaraq tələbkar X3 ödənilməlidir. xx.xx.2020-ci il tarixli qərarla icraata başlanılmış Gəncə şəhər Nizami rayon Məhkəməsinin e-2(044)-2211/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs xx.xx.2020-cı il tarixdən hesablanmaqla hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqlar göndərilməsinə, həmçinin dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, icra sənədləri üzrə tələbi icra etməkdən üzrsüz səbəbdən yayınır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X8 bildirdi ki, tərəflər arasında tez-tez məişət mübahisələri olur. Buna görə də, tələbkar mütəmadi olaraq borclunu tərk edərək valideynlərinin evinə gedir. Aralarındakı nikah hal-hazırda pozulmamışdır. Lakin borclu icra sənədi üzrə ödənişləri etməkdən qərəzli yayınır. Hazırda onun Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-390/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra borcu 4848 AZN, Gəncə şəhər Nizami rayon Məhkəməsinin e-2(044)-2211/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə isə 3810 AZN təşkil edir. Borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, zərərçəkmişlə nikah pozulmamışdır. Onların arasında tez-tez məişət mübahisəsi olur. Həyat yoldaşı mütəmadi evi tərk edərək valideynlərinin evinə gedir. Lakin nikahda olduqları dövrün böyük hissəsini birlikdə yaşamışlar. Həttə həyat yoldaşı aliment ödənişlərinin bir hissəsindən bu səbəbdən rəsmi olaraq imtina da etmişdir. Əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X7 bildirdi ki, onun əri ilə münasibətləri yaxşı olsa da, qaynanası və qaynatası ilə münasibətləri pis olmuşdur. Belə ki, onlar tez-tez onların ailə həyatına müdaxilə etmişlər. Ona görə də 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayınadək, 2023-cü ilin avqust ayından isə bu günədək valideynlərinin himayəsində yaşayır. İcra vərəqi üzrə ödənişin edilməsini, əks halda barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-390/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, 20 may 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs 20 noyabr 2017-ci il tarixdən başlayaraqhər ay 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində aliment alınaraq tələbkar X3 ödənilməlidir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin e-2(044)-2211/2020 nömrəli, xx.xx.2020ci il tarixli icra sənədinə əsasən, xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs xx.xx.2020-cı il tarixdən hesablanmaqla hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməlidir. 31 avqust 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə 16 yanvar 2018 və 21 sentyabr 2020-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş, “inzibati məsuliyyətə cəlb olunma barədə” Xəbərdarlıq borcluya təqdim edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs barəsində cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1927/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1927/2023
31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver