Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-193/2024 12.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X7, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Gəncə şəhəri, X13 küçəsi, dalan 6, ev 10, mənzil 16 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-2443/2014 saylı xx.xx.2014-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il tarixindən başlayaraq, Şəxs xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 90 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-3629/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay sabit pul məbləği ilə 170 (yüz yetmiş) manat aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o,borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bugünki tarixə borclu Şəxs icra sənədləri üzrə 4169,83 manat borcu qalmaqdadır. Borclu Şəxs sonuncu izahatında borcunu tam ödəməyə imkanı olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X10 protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs imkanı çatdığı qədər hissə-hissə ödənişlər etdiyi, xəstəliyə görə aldığı 270 manat pensiyanın 2022-ci il tarixdən dayandırıldığını maddi imkanı olmadığını, imkanı olan kimi borcunu ödəyəcəyini bildirmişdir. Bundan əlavə qeyd etmişdir ki, daimi iş yeri olmuşdur, lakin psixi xəstəlikdən əziyyət çəkdiyi üçün həmin işdən onu uzaqlaşdırmışlar. Belə ki, o, “Şizotip şəxsiyyət pozuntusu tez-tez müşahidə edilən aqressiv tutmalarla” xəstəliyindən əziyyət çəkir və 22 noyabr 2010-cu il tarixdən Gəncə şəhər Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır. Elə həmin psixi xəstəliyə görə də onun əlilliyi təyin edilmiş və o, pensiya almışdır. Bir müddət alimenti pensiyasından ödəmişdir. Sonra isə əlilliyi müvəqqəti dayandırıldığına görə alimenti ödəməyə maddi imkanı olmamışdır. Sonda o, icra sənədləri üzrə olan icradan yayınmadığını nəzərə alıb barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, borclunun alimenti ödəməyə kifayət qədər maddi imkanı var. Faktiki olaraq onun qapı sexi var. Onun borcu tam şəkildə ödəməsini, əks təqdirdə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - 11 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Gəncə şəhər, Kəpəz Rayon Məhkəməsinin 2(043)-2443/14 nömrəli, xx.xx.2014-cü il tarixli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-3629/23 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərini qərəzli olaraq icra etmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Gəncə şəhər, Kəpəz Rayon Məhkəməsinin 2(043)-2443/14 nömrəli, xx.xx.2014-cü nömrəli icra vərəqəsindən görünür ki, xx.xx.2014-cü ildən başlayaraq, ünvan 2 ünvanında yaşayan Şəxs xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3629/2023 nömrəli icra vərəqəsindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2443/2014 nömrəli, 06 avqust 2014- cü il tarixli qətnaməsi ilə 12 dekabr 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılmış, xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay sabit pul məbləği ilə 170 (yüz yetmiş) manat aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. - 26 noyabr 2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2443/14 saylı, xx.xx.2014-cü tarixli icra sənədini icraatına qəbul etmişdir. - 10 avqust 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(125)- 3629/23 saylı, xx.xx.2023-cü tarixli icra sənədini icraatına qəbul etmişdir. - 26 noyabr 2018-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət təyin edilmiş və həmin müddətdə borcun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - 10 avqust 2023-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət təyin edilmiş və həmin müddətdə borcun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin 24 iyul 2023-cüil tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2443/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarın icra edilməsi barədə xəbərdar edilmişdir. - F.Əmirov adına X6 xx.xx.2023-cü il tarixli 103 nömrəli əmrindən görünür ki, Həsənov X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2443/14 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icra edilməməsi ilə əlaqədar borclu Şəxs yaşadığı ünvan kimi qeyd edilən ünvan 3iş, lakin borclunun həmin ünvanda yaşamaması müəyyən olunmuşdur. Aktın doğruluğunu hal şahidləri və icra məmuru İlkin Qədimov imzalamışdır. - Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 14 sentyabr 2023-cü il tarixli borclunun axtarılması haqqında qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş Şəxs barəsində xx.xx.2023-cü il tarixdə 553715 saylı axtarış işi açılmışdır. - Borclunun Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatdan görünür ki, icra sənədi üzrə onun borcu birdəfəyə ödəmək imkanı yoxdur hər ay borcundan 100 manat ödəniş edə bilər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri X14 Əsəb Dispanserinin xx.xx.2024-cü il tarixli 1272 nömrəli arayışından görünür ki, Şəxs xx.xx.2010-cu il tarixdən hal-hazıradək X17 Dispanserində Şizotip şəxsiyyət pozuntusu tez-tez müşahidə edilən tutmalarla diaqnozu ilə qeydiyyatdadır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədləri üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Barəsində icraat aparılan şəxsin əməlini səmimi etiraf etməsi, əsəb xəstəsi olması onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Barəsində icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, sağlamlıq vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-193/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-193/2024
12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver