Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1933/2024 20.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdrarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən tərtib edilmiş, hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 22 may 2024-cü il tarixli, EP № ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki Gəncə Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1600/012/001481 nömrəli xx.xx.2024-cü il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" (VÖEN: **********) QSC tərəfindən 2023-cü ilin iyun ayı ərzində 4 (dörd) gömrük bəyannaməsi üzrə ümumi dəyəri 125022,85 (yüz iyirmi beş min iyirmi iki, səksən beş) ABŞ dolları olan “Təzə ərik və şaftalı” yükü rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. "xxxx" QSC tərəfindən 4 (dörd) bəyannamə üzrə yükün dəyərinin bir hissəsi 118981,19 (yüz on səkkiz min doqquz yüz səksən bir, on doqquz) ABŞ dolları QSC-nin bank hesabına geri köçürülmüş, lakin 6041,66 (altı min qırx bir, altmış altı) ABŞ dolları və yaxud 10270,822 (on min iki yüz yetmiş, səkkiz yüz iyirmi iki) AZN olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməmişdir. Qeyd olunan fakta bağlı Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə, 00900-00263/24 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. "xxxx" QSC-yə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, **********0910 nömrəli Gömrük bəyannaməsindən görünür ki, dəyəri 34415,55 ABŞ dolları olan “təzə ərik və şaftalı” yükü rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. - xx.xx.2023-cü il tarixli, **********2028 nömrəli Gömrük bəyannaməsindən görünür ki, dəyəri 25483,85 ABŞ dolları olan “təzə yastı şaftalı” yükü rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. - xx.xx.2023-cü il tarixli, **********2254 nömrəli Gömrük bəyannaməsindən görünür ki, dəyəri 25480,00 ABŞ dolları olan “təzə yastı şaftalı” yükü rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. - xx.xx.2023-cü il tarixli, **********9429 nömrəli Gömrük bəyannaməsindən görünür ki, dəyəri 39639,60 ABŞ dolları olan “təzə ərik” yükü rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. - xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan və xx.xx.2024-cü tarixli bildirişdən görünür ki, konsiqnasiya yolu ilə ixrac olunan malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi təmin edilmədikdə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin və ya CM-nin 208-ci maddəsinin tələblərinə uyğun olaraq müfaviq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. - 22 may 2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan görünür ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" QSC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" QSC tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyəri 6041,66 ABŞ dolları bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməmişdir. Bununla da hüquqi şəxs "xxxx" QSC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs "xxxx" QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin, yəni 6041,66 ABŞ dolları məbləğinin 30 (otuz) faizi, yəni 1812,498 ABŞ dolları miqdarında inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin (6041,66 ABŞ dolları) 30 (otuz) faizi miqdarında, yəni 1812,498 ABŞ dolları məbləğində cərimə edilsin. Cərimə növündə tətbiq edilmiş inzibati cərimə, yəni 1812,498 ABŞ dolları ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qərarın icrası Şəmkir rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1933/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1933/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver