Məhkəmə qərarları › İş №3(125)-1933/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1933/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1933/2025 23.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, zərərçəkmiş şəxslər (tələbkarlar) “ABC Telecom“ MMC-nin nümayəndəsi X3, X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 23 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2120/2019 saylı 10.06.2.2019-cu il tarixli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-3550/2024 saylı xx.xx.2024-cu il tarixli icra sənədlərinin icrasına əsasən Şəxs cəmi 678 manat “ABC Telecom“ MMC-yə, 4545 manat isə X4 ödənilməlidir. Məhkəmə iclasında iştirak edən icra məmuru X10 bildirdi ki, borclu Şəxs müvafiq məhkəmə qərarlarının icrası ilə əlaqədar onun tələblərini yerinə yetirməmiş və nəticədə “ABC Telecom“ MMC-yə 678 manat, X4 isə 4545 manat borcu vardır və bununla əlaqədar Şəxs barəsində sözügedən inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, bildirdi ki, o, bir müddət əvvəl İcra İdarəsinə yaxınlaşaraq maddi vəziyyətinin aşağı olması səbəbindən hər ay Sevil Məmmədovaya 100 manat ödəyə biləcəyini bildirmiş, “ABC Telecom“ MMC-yə münasibətdə isə təxminən 1270 manat məbləğində ödəniş etmişdir. Hazırda isə borclarının hissə-hissə ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslərlə razılığa gəlmişdir. Odur ki, qeyd edilənləri nəzərə alıb barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) “ABC Telecom“ MMC-nin nümayəndəsi X7 məhkəməyə ərizə təqdim edərək, bildirdi ki, borclu Şəxsla borcun ödənilməsi ilə bağlı qarşılıqlı razılığa gəliblər. Ona görə də Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X5 məhkəməyə ərizə təqdim edərək, bildirdi ki, borclu Şəxsla borcun ödənilməsi ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Buna görə də Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş “bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 3550/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2120/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədlərinin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, borclu Şəxs borclarınının ödənilməsi ilə bağlı tələbkarlarla qarşılıqlı razılığa gəlməsi onun barəsində olan icra sənədinin icrasından yayınmağa çalışmadığını göstərir. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, barəsində icraat aparılan şəxsin əməlində qərəz mövcud deyildir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin təsvir edilmiş hallarını, onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 53, 105, 114, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsi şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar