Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1938/2025 24.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlu, X2 inzibati xəta haqqında protokoldan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X3 şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin protokolunun ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, **-DT-*** dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobili idarə edən zaman, yəni 16 iyun 2025-ci il tarixdə saat 12:01-də Xocalı şəhəri yol-patrul xidməti inspektoru tərəfindən İXP ******* saylı protokol tərtib edilmişdir. O, idarə etdiyi **-DT-*** dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobil ilə heç bir yol hərəkət qaydasını pozmamışdır. O, həmin protokoldan narazıdır. Bu barədə yol-patrul xidməti inspektoruna öz narazılığını bildirmişdir. Yol-patrul xidməti inspektoru ona qərəzli şəkildə heç bir video görüntü təqdim etmədən onun barəsində inzibati protokol tərtib etmişdir. O, sükan arxasında heç bir mobil telefondan istifadə etməmiş və həmin protokoldan narazıdır. Göstərilənlərə əsasən protokolun ləğv olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X3 tərəfindən inzibati xəta haqqında protokoldan verdiyi şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, məhkəmə əvvəla qeyd edir ki, X3 şikayət ərizəsində İXP ******* nömrəli protokolun ləğv edilməsini xahiş etsə də, inzibati xətalar haqqında qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, qanunveriliyə əsasən inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilə bilməz. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə qeyd edir ki, əgər İXP ******* nömrəli, 16 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərsə, yalnız bundan sonra həmin şəxs qeyd olunan qərarı rəsmi qaydada əldə etdiyi vaxtdan 10 gün müddətində həmin qərarı mübahisələndirə bilər. X1 həmin protokolu məhkəmə qaydasında mübahisələndirmək hüququ yoxdur. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 130.1.-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.6 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X2 İXP ******* nömrəli, 16 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-1938/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1938/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver