Məhkəmə qərarları › İş №3(125)-1944/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1944/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1944/2025 21.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokoldan görünür ki, 12 iyun 2025-ci il tarixdə, saat 21:00-da Gəncə şəhəri, Atatürk 254 ünvanında sahibkar Şəxs ( VÖEN **********) ( Yaşayış ünvanı: Gəncə şəhəri İsrafil Məmmədov ev.144) 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli **********7603 saylı operativ vergi nəzarəti həyata keçirilməsi haqqına qərarın icrası zamanı onun istifadəsində olan əraziyə, habelə sahibkarlıq təsərrüfat subyektinə baxış keçirilməsinə icazə verməməsi faktı aşkarlanmışdır. Yol verilmiş qanun pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə uyğun olaraq 12 iyun 2025-ci il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs çıxışında törətdiyi inzibati xətanı etiraf edərək özünü təqsirli bilmişdir. Məhkəmə iclasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinə məhkəmənin keçiriləcəyi vaxt və yer barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinə məxsus nümayəndə iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Operativ vergi nəzarətinin keçirilməsi haqqında **********7603 saylı, 03 iyun 2025ci il tarixli qərarından görünür ki, vergi ödəyicisi Şəxs Gəncə şəhəri, Atatürk 254 ünvanda yerləşən çayxanasına xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. - 03 iyun 2025-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Şəxs məxsus Gəncə şəhəri, Atatürk 254 ünvanında plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin keçirilməsi yoxlamaların vahid məlumat reyestrində qeydə alınmışdır. -12 iyun 2025-ci il tarixli 12 saylı İVBİ-nin əməkdaşları X2 və X1 tərəfindən tərtib edilmiş aktdan görünür ki, operativ vergi nəzarətinin keçirilməsi haqqında **********7603 saylı, 03 iyun 2025-ci il tarixli qərarın icrası zamanı Gəncə şəhəri, Atatürk 254 ünvanda yerləşən çayxanada iki nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuş, bu halın yaşanmasının səbəbkarı Şəxs onların kimliyinin müəyyən edilməsinə şərait yaratmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 602.4cü maddəsinin tələblərini pozaraq, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndələri tərəfindən xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Atatürk 254 ünvanda operativ vergi nəzarəti yoxlama zamanı yaranan suallara cavab verməmiş, vergi işçilərinin fəaliyyətinə mane olmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar