Məhkəmə qərarları › İş №3(125)-1947/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1947/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1947/2025 24.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin nümayəndəsi X2, İnzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin təsisiçisi X3 iştirakları ilə, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsində Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək material ilə birlikdə baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə **********1654 sorğu nömrəli gömrük bəyənnaməsi üzrə Qazaxıstan Respublikasına göndərilmiş “yataq tipli mebellər” yükünün müqabilində ödənməli olan 7236,10 ABŞ dolları məbləğində valyuta vəsaitinin təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etməmiş və bununla qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin rəhbəri X5 izahatında göstərdi ki, protokol səhv tərtib olunmuşdur. Şəxs MMC tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, qanunvericilikdə qeyd olunan müddət ərzində köçürmə təmin olunmuşdur. Lakin bank tərəfindən köçürülən məbləğ göstərilməmişdir. Bankın səhlənkarlığı olmuşdur. Odur ki, Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Gəncə Gömrük idarəsinin nümayəndəsi X4 bildirmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə **********1654 sorğu nömrəli gömrük bəyənnaməsi üzrə Qazaxıstan Respublikasına göndərilmiş “yataq tipli mebellər” yükünün müqabilində ödənməli olan 7236,10 ABŞ dolları məbləğində valyuta vəsaitinin təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etməmiş və bununla qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyi tələbləri pozulmuşdur. Şəxs MMC-nin rəhbəri X5 bildirir ki, onlar pul vəsaitini banka köçürmüşlər, lakin köçürülmüş pul vəsaitinin göstərilməməsi bankın səhlənkarlığı olmuşdur. Sonda protokolun təmin olunubolunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. - İş materiallarına əlavə edilmiş 14 may 2025-ci il tarixli raportdan görünür ki, Gömrük xidmətinin “X1 Sistem” xidmətindən əldə olunmuş məlumatlar əsasında ünvan 2 ünvanında yerləşən Şəxs MMC tərəfindən (VÖEN **********) **********1654 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyəri 36207.00 ABŞ dolları (otuz altı min iki yüz yeddi) olan vəsaitin bir hissəsini 28971.00 (iyirmi səkkiz min doqquz yüz yetmiş bir) ABŞ dollarını ixracatçının hesabına köçürmüş qalan 7236.10 ABŞ dolları (yeddi min iki yüz otuz altı dollar on sent) ixracatçının bank hesabına köçürülməmişdir. Bununla əlaqədar Şəxs MMC-nin bəyannamə üzrə göstərilmiş hüquqi ünvanına 1600/012/044 nömrəli bildiriş göndərilmişdir Şəxs MMC tərəfindən ixrac etdiyi yüklərin ödənişləri ilə bağlı Gəncə Gömrük İdarəsinə bu günədək heç bir sənəd təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq qanuna müvafiq qaydada tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. -İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC tərəfindən Qazaxıstan Respublikasına ümumi dəyəri 36207,00 ABŞ dolları olan “yataq tipli mebellər” məhsulu ixrac edilmişdir. - İş materiallarına əlavə edilmiş Şəxs MMC-yə ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"-nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində vəsaitlərin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablara köçürülməsini təmin etməlidirlər. Bununla əlaqədar olaraq, 2025-ci il 28 aprel tarixli 1600-012/044 nömrəli “Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına dair bildiriş Şəxs MMC-yə göndərilmişdir. - İş materiallarına əlavə edilmiş 21 may 2025-ci il tarixli” inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. - İş materiallarına əlavə edilmiş EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan ”Ulusoy Group” MMC tərəfindən xx.xx.2024-cü il tarixdə **********1654 sorğu nömrəli gömrük bəyənnaməsi üzrə Qazaxıstan Respublikasına göndərilmiş “yataq tipli mebellər” yükünün müqabilində ödənməli olan 7236,10 ABŞ dolları məbləğində valyuta vəsaitinin təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etməmiş və bununla qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyi tələbləri pozulmuşdur. -Paşa Bankın Şəxs MMC-yə ünvanlanmış 29 may 2025-ci il tarixli məktubundan görünür ki, **********1654 sorğu nömrəli yük Gömrük Bəyannaməsi yoxlanılmış, daxilolmalar əsasında tərtib edilmiş və banka təqdim edilən konsiqnasiya hesabatına əsasən qeydlər Gömrük Portalında aparılmışdır. Qalıq yoxdur tam bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində isə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin qeydinə əsasən bu maddədə “az miqdarda” dedikdə iyirmi min manatadək olan məbləğ başa düşülür. Hazırki inzibati xəta haqqında material üzrə isə Şəxs MMC-nin ixrac etdiyi mallarının ödənilməmiş hissəsi 7236,10 dollar təşkil etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 7ci maddəsinin, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.3 və 3-cü maddələrinin tələblərinə müvafiq olaraq xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində fiziki şəxs tərəfindən əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cinayət məsuliyyəti müəyyən edilmədiyindən, şəxs həmin Məcəllənin 208-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki şəxs tərəfindən xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə təxirəsalınmadan cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinə müvafiq dəyişikliklər edilənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasını təmin etməyən fiziki şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin qeyd edilməlidir ki, İXM-in 483-cü maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş pul vəsaiti Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına köçürülməlidir. Başqa sözlə, qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən bu cür pul vəsaiti Azərbaycan Respublikasına yalnız bank hesabına köçürmə yolu ilə qaytarılmalıdır. Bu qaydaya riayət olunmaması inzibati məsuliyyətə səbəb olur. Digər tərəfdən isə məhkəmə qeyd edir ki, Şəxs MMC-nin ixrac etdiyi malların dəyərini təşkil edən pul vəsaiti qanunvericilikdə müəyyən edilmiş müddət ərzində ölkəyə qaytarılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinin tələbinə görə konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində vəsaitləri onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş pul vəsaiti Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına köçürülmə qaydasına əməl edilmiş pullar bəyannamə üzrə tam şəkildə köçürülmüşdür. Göründüyü kimi Şəxs MMC-nin hesabına ödənilməli olan pul məbləği tam olaraq köçürülmüş, lakin köçürmənin göstərilməmə səbəbi bankın səhlənkarlığı olmuşdur. Belə olan halda Şəxs MMC-nin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuz olardı. Beləliklə,məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları sübuta yetirilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Odur ki, məhkəmə, inzibati xəta haqqında materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC- nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar