Məhkəmə qərarları › İş №3(125)-1961/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1961/2023

01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1961/2023 01.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə Şəhəri Baş Polis İdarəsinin 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı məhkəmənin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə Şəhəri Baş Polis İdarəsinin 2-ci polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Seymur Xəlilov tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs Gəncə şəhəri, Abbas Səhhət adına xəstəxananın poliknikasının qapısının şüşələrini sındıraraq yararsız hala salmış, 150 manat miqdarında ziyan vurmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Abbas Səhhət adına xəstəxananın poliknikasının dəhlizində olan qapısının şüşələrini sındıraraq yararsız hala salmış, 150 manat ziyan vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin əməlində Azərbaycan Respublikası İXM-in 232.1-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti 2-ci Polis Şöbəsinin İTBnə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, inzibati xəta haqqında protokol xx.xx.2023-ci il tarixdə tərtib olunmuş və xx.xx.2023-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmiş, həmin vaxt isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi tarixdən 5 ay keçmişdir. Halbuki qanunvericiliyə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən 3 ay keçəndən sonra inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. - 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə hesab edirəm ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar