Məhkəmə qərarları › İş №3(125)-1962/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1962/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1962/2025 10.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Məmmədov Elçin Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X1 nümayəndəsi, məsləhətçi-əmək müfəttişi X11 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X1 rəisi X8 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1500 (bir min beş yüz) manat məbləğində şərti olaraq inzibati cərimə olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X1 rəisi X8 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərardan şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, DƏMX-nin Gəncə-Daşkəsən RŞ-nin rəisi X3 MN ******* saylı 05 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarına əsasən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək, 1500 manat cərimə edilmişdir. Həmin qərarı qanuni və əsaslı hesab etmir. Belə ki, X9 analıq məzuniyyətində olan şəxsin yerinə işə götürülmüş, analıq məzuniyyətində olan şəxs işə geri qayıtdıqdan sonra isə tərəflərin iradəsindən asılı olmayaraq Həsənova Günayla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sosial məzuniyyətdə olan şəxsin əmək funksiyalarını yerinə yetirdiyinə görə Həsənova Günayla müddətli əmək müqaviləsi bağlansa da, lakin sosial məzuniyyətdə olan şəxs üzərinə konkret müddət ərzində işə çıxmamaq vəzifəsi qoyulmamışdır. Yəni sosial məzuniyyətdə olan şəxs istədiyi zaman işə qayıtmaq hüququna malikdir. Sosial məzuniyyət bir vəzifə deyil, bir hüquqdur. Hüquq isə hərəkət etmə imkanıdır. Sosial məzuniyyət hamilə qadınlara yeni doğulmuş uşaq 3 yaşına çatanadək verilir. Lakin qanunvericilikdə sosial məzuniyyətdə olan şəxsin işə qayıtmasının son müddətinin uşağın 3 yaşına çatması kimi müəyyən etmiş, onun həmin vaxtdan əvvəl işə qayıtmasında heç bir məhdudiyyət qoymamışdır. Əmək Məcəlləsinin 74-cü maddəsi tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsini özündə ehtiva edir. Həmin siyahıda analıq məzuniyyətdə olan şəxsin işə qayıtması halında onun yerinə işə götürülmüş şəxslə əmək müqaviləsinin xitam verilməsi göstərilməsə də, hazırkı vəziyyətdə əmək müqaviləsinə xitam verilməsinin heç bir qaydası qanunvericilikdə öz əksini tapmamışdır. Hesab edir ki, qanunun analogiyasından istifadə edilməsi qanuna uyğundur. Qanunvericilikdə mövcud problemin həllini tənzimləyən hər hansı bir normanın olmaması onun təqsiri deyil. O, əmək qanunvericiliyinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə riayət etməklə əmək müqaviləsinə xitam vermişdir. Hesab edir ki, onun əməlində inzibati məsuliyyətə cəlb edilməsinə əsas vermiş heç bir hərəkət və ya hərəkətsizlik olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X1 nümayəndəsi, məsləhətçi-əmək müfəttişi X16 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı tam qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmasını, şikayətin isə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərardan şikayət vermiş şəxs məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin tələblərinin pozulmasına görə barəsində 1500 (min beş yüz) manat məbləğində şərti olaraq inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, X5 ilə X9 arasında Gəncə şəhər 26 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseydə dərnək rəhbəri vəzifəsinə işə qəbul edilməsinə dair əmək müqaviləsi bağlanmış, əmək müqaviləsi xx.xx.2025-ci il tarixədək, 3 il 30 gün müddətinə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər 26 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseyin xx.xx.2025-ci il tarixli, 103 nömrəli əmrindən görünür ki, X9-məktəbdə müddətli əmək müqaviləsi ilə işləyən dərnək rəhbəri Vüsalə Ələkbərova qismən ödənişli sosial məzuniyyətdən qayıtdığı üçün onunla bağlanmış müddətli əməklə müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsi, son haqq-hesabının ödənilməsi əmr edilmişdir. Əsas kimi Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin d bəndi və Vüsalə Ələkbərovanın ərizəsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər 26 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseyin “Bədii qiraət” dərnəyinin rəhbəri X7 tərəfindən həmin məktəbin direktoru Vüsalə Səfərovaya ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər uşağa qulluqla bağlı qismən ödənişli sosial məzuniyyətə çıxmışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq işə buraxılmasına icazə verilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır;

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:

1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə; e) işçi vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə; f) qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə. İşin faktiki hallarından və X4 X5 ilə 12 oktyabr 2022-ci il tarixində bağlanmış əmək müqaviləsindən aydın olur ki, müqavilənin şərtlərində sosial məzuniyyətdə olan işçinin yerinə götürülməsi və həmin işçinin işə qayıtması halında Günay Həsənovanın işdən azad olunacağı barədə hər hansı bir qeyd nəzərdə tutulmamışdır. Əksinə, Günay Həsənova ilə 3 il 30 gün müddətinə əmək müqaviləsi bağlanmışdır. Bu, tərəflər arasında bağlanmış müqavilənin müddətinin konkret olaraq müəyyən edildiyini və müqavilənin şərtlərində sosial məzuniyyətdə olan işçinin yerinə götürülməsi və həmin işçinin işə qayıtması halında işdən azad olunma barədə hər hansı bir şərtin nəzərdə tutulmadığını göstərir. Eyni zamanda işə götürən X17 Məcəlləsinin 68.2 “d” bəndinə istinad etsə də, bu bənd əmək müqaviləsinə xitam verilməsinin əsaslarını sıralayır və orada “tərəflərin iradəsindən asılı olmayan hallar” ifadəsi yer alır. Bu bəndə əsasən, işçinin hərbi xidmətə çağırılması, müəssisənin ləğvi, uzunmüddətli xəstəlik və s. kimi hallarda müqavilə işçinin ya da işəgötürənin iradəsi xaricində ləğv edilə bilər. Odur ki məhkəmə hesab edir ki, Günay Həsənova sosial məzuniyyətdədir və bu müddət ərzində istənilən vaxt işə qayıtmaq hüququna malikdir – bu onun şəxsi hüququdur və onun iradəsindən doğmayan bir hal deyil. İşəgötürən bu hüququ nəzərə almayıb, sözügedən müqaviləni məhz sosial məzuniyyət səbəbi ilə ləğv etməsi tərəflərin iradəsinə bağlı olmaqla qanunvericiliyə ziddir. Nəticə etibarilə, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “d” bəndi bu hal üçün uyğun deyil, çünki Günay Həsənovanın işdən azad olunması tərəflərin iradəsindən asılı olmayan səbəbə əsaslanmır. Çünki, işə götürən sosial məzuniyyətdə olan işçinin istənilən vaxt geri qayıda biləcəyi ehtimalını nəzərə almalı və sosial məzuniyyətdə olan işçinin yerinə başqa bir şəxsi işə götürərəkən bu məsələni aralarında bağlanmış əmək müqaviləsində qeyd etməli idi. Məhkəmə təkrarən qeyd edir ki, X4 X5 ilə 12 oktyabr 2022-ci il tarixində bağladığı əmək müqaviləsində belə bir hala nəinki rast gəlinmir, hətta bu müqavilənin 3 il 30 gün (halbuki, qanunvericilik uşağın 3 yaşına çatana kimi belə bir hüquq verir ki, bu da 3 il edir) müddətinə bağlandığı görünür. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta hadisəsinin törədilməsi inzibati tənbeh vermə haqqında qərarla və iş üçün əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq olunur. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X2 şikayəti əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X1 X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsi ilə təqsirli bilinib, şərti olaraq tətbiq edilməklə 1500 (min beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X1 rəisi X3 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar