Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1963/2023 01.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxslər Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 və Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaş, evli, Gəncə şəhəri, Heydər Əliyev prospekti 475 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510, 511.1.3, 528.1 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən və Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Gəncə şəhəri ərazisində sürücülük hüququ olmadan idarə etdiyi mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hallarına yol vermişdir. Bundan başqa, Şəxs onun avtoxuliqanlıq hərəkətlərinin dayandırılmasını tələb edən DYPŞ avtomobilinin saxla əmrinə tabe olmamış, DYPŞ əməkdaşları tərəfindən saxlandıqda isə onların qanuni tələbinə tabe olmayaraq, ucadan səs-küy salaraq, nalayiq ifadələrdən istifadə edərək ətrafadakı insanların diqqətini cəlb etmiş, əraziyə cəlb edilmiş post patrul əməkdaşları tərəfindən aidiyyəti üzrə polis şöbəsinə təhvil verilmişdir. Bundan başqa, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-4214/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Bugünki tarixə borclu Şəxs icra sənədi üzrə 10319 manat borcu qalmaqdadır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3, 528.1 və 535.1-ci maddələri ilə inzibati protokollar tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin inzibati protokollar Gəncə Şəhər Məhkəməsində 3(125)-1962/2023 və 3(125)-1963/2023 nömrələri ilə qeydiyyata alınmış, Gəncə Şəhər Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli Qərarı ilə 3(125)-1962/2023 nömrəli inzibati xəta haqqında iş 3(125)-1963/2023 nömrəli işlə bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 bildirdi ki, Şəxs VAZ 21011 markalı avtomobillə hərəkətdə olan zaman yol polisi əməkdaşları tərəfindən saxlanılmış, saxladıqdan sonra qəflətən avtomobili sürərək sürətlənmişdir. Yol polisi əməkdaşları xidməti avtomobillə onu yenidən saxlamağa cəhd göstərmiş, lakin o avtomobili saxlamaqdan imtina etmişdir. Gəncə şəhəri ərazisində avtoxuliqanlıq hərəkətləri etməyə başlamışdır. Bir müddət avtoxuliqanlıq hərəkətləri etdikdən sonra o, saxlanmış, həm yol polis əməkdaşlarının, həm də əraziyə cəlb edilmiş post patrul xidməti əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 bildirdi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-4214/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Hazırda onun icra borcu 10319 manat təşkil edir. İcra borcunu icra etməməyə gorə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə bir dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Lakin cəzasını çəkib qurtardıqdan sonra belə şəxs icra borcu üzrə ödənişlərin edilməsindən imtina edir. Barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru polis kiçik serjantı X8 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə X6 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, VAZ 21011 markalı avtomobillə hərəkətdə olarkən yol patrul xidməti əməkdaşları tərəfindən saxlanmışdır. Saxlandıqdan sonra sənədlərinin qaydasında olmaması səbəbindən məsuliyyətdən yayınması üçün, həm də yol patrul xidməti əməkdaşı onunla kobud danışdığına görə əsəbiləşərək avtomobili qəflətən sürərək oradan uzaqlaşmışdır. Bir müddət yol patrul əməkdaşlarının onun arxası ilə sürdükdən sonra onu təqib etməyəcəklərini düşünmüşdür. Saxladıqdan sonra səbəbsiz saxlanması barədə narazılığını bildirmişdir. Nalayiq ifadələrdən istifadə etməmişdir. İcra borcunu ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən heç bir ödəniş etməmişdir. Əməlindən peşmandır. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxslərin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510, 511.1.3, 528.1 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: Şəxs barəsində tərtib edilmiş 01 sentyabr 2023-cü il tarixli İXP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Gəncə şəhəri ərazisində sürücülük hüququ olmadan idarə etdiyi mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hallarına yol vermişdir. Ona görə də Şəxs barəsində İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində tərtib edilmiş 01 sentyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs onun avtoxuliqanlıq hərəkətlərinin dayandırılmasını tələb edən DYPŞ avtomobilinin saxla əmrinə tabe olmamış, DYPŞ əməkdaşları tərəfindən saxlandıqda isə onların qanuni tələbinə tabe olmayaraq, ucadan səs-küy salaraq, nalayiq ifadələrdən istifadə edərək ətrafadakı insanların diqqətini cəlb etmiş, əraziyə cəlb edilmiş post patrul əməkdaşları tərəfindən aidiyyəti üzrə polis şöbəsinə təhvil verilmişdir. Ona görə də Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində tərtib edilmiş 01 sentyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-4214/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Ona görə də Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-4214/2017 nömrəli, xx.xx.2017ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə 14 iyul 2017-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş, “inzibati məsuliyyətə cəlb olunma barədə” Xəbərdarlıq borcluya təqdim edilmişdir. 01 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi Vaz 21011 markalı avtomobillə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hallarına yol verir. Onu təqib edən yol patrul xidməti avtomobilinin saxla əmrinə tabesizlik göstərir. Beləliklə, Şəxs İXM-nin 510, 511.1.3, 528.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 511.1.3, 528.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, eyni inda dörd inzibati xətanı törətməsini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsində nəzərdə tutulmuş əlavə tənbehin də Şəxs təyin ediləcək yekun tənbehə əlavə edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3, 528.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3, 528.1 və 535.1-ci maddələrinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 01 (bir) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 01 sentyabr 2023-cü il tarixdən saat 17:35-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1963/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1963/2023
01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver