Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1964/2025 24.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, AR-nın vətəndaşı, faktiki evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)- 218/2022. nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu ildə anadan olmuş X5, xx.xx.2011-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlıyaraq borclu Şəxs hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X7 verilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq təqdim edilmişdir. Hal-hazırda borclu Şəxs 1660 (min altı yüz altmış) manat pul borcu mövcuddur. Borclu Şəxs icra sənədi üzrə olan borcunu tam şəkildə ödəyə bilmir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən icra edilməməsinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Belə ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilmişdir. Daha sonra Gəncə Şəhər Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. O, bu zamana kimi borcundan 9500 (doqquz min beş yüz) manat ödəniş etmişdir. Əvvəllər tərəflər öz aralarında razılığa gəlmişlər. Borclu hər ikisinə məxsus olan evdən ona aid olan hissədən imtina etmiş, tələbkar isə alimentdən imtina etmiş və onlar notariusda razılığa gəlmişlər. Lakin sonradan aralarında mübahisə yaranmış və tələbkar alimentin bərpası ilə bağlı məhkəməyə müraciət etmişdir. Şəxs hazırda 1660 manat borcu mövcuddur. Tələbkar borcun tam şəkildə ödənilməsini tələb edir. Sonda protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, tələbkar Babayeva Əminə ilə razılığa gəlmiş, evdən ona düşən hissədən imtina etmişdir. Babayeva Əminə isə alimentdən imtina etmişdir. Daha sonra Babayeva Əminə evi sataraq alimentin bərpası ilə bağlı təkrar məhkəməyə müraciət etmişdir. O, məhkəmənin qərarından apellyasiya şikayəti vermiş və hələ qərar qəbul edilməmişdir. O, alimenti ödəyə bilmir. Onun maddi imkanı yoxdur. Babayeva Əminə və atası onu aldadaraq evin ona düşən hissəsini alıb satmışlar. O, hazırda heç bir ödəniş etməyəcəkdir. Əgər ona vaxt verilsə o, borcundan bir az ödəniş edə bilər. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında bildirdi ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməkdən boyun qaçırır. O, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Barcunun tam şəkildə ödənilmədiyi halda Şəxs cəzalandırılmasını xahiş etmişdir. -İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-218/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə anadan olmuş X2, xx.xx.2011-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə 160 (yüz altmış) manat olmaqda, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X7 verilməsi qərara alınmışdır. -İş materiallarında olan icraat başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-218/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraat başlanılmışdır. -İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən xx.xx.2024-cü il tarixdə imza atılmaqla götürülmüşdür. -İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. -İş materiallarında olan Gəncə şəhər Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə həbs edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəxs Gəncə Şəhər Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarı ilə 500 manat miqdarında inzibati cərimə tətbiq edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ona Gəncə Şəhər Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qərarı ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Bütün bunlara baxmayaraq o, borcunu tam şəkildə ödəməkdən boyun qaçırmışdır. Şəxs məhkəmə iclasında verdiyi izahatında evin ona aid olan hissəsini tələbkara verməyini və maddi imkanı olmadığını əsas gətirsə də, bu hallar onun borcunu ödəməmək üçün əsas hesab edilə bilməz. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımı qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, onun hal-hazırda 1660 manat borcu ödənilməmiş qalmaqdadır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, icra sənədi üzrə ödənilməmiş pul vəsaitlərinin məbləğlərini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 24 iyun 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərar dərhal icra edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-1964/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1964/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver