Məhkəmə qərarları › İş №3(125)-1981/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1981/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1981/2023 04.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 23:00-da sürücü Şəxs sərxoş vəziyyətdə idarə etdiyi “MERCEDES BENZ S 500” minik markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxslərə maddi zərər vurulmuş və yüngül bədən xəsarətləri yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, xx.xx.2023-ci il tarixdə o, Gəncə şəhəri “Dost Qapısı” restoranına gedib yemək yeyərkən təxminən yüz-iki yüz qram spirtli içki olan araq içmişdir. xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 23 radələrində Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən “Dost Qapısı” restoranından idarə etdiyi “Mersedes benz S500” minik markalı **- XB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsinə çıxarkən Ü.Hacıbəyov küçəsi ilə düzünə hərəkətdə olan “Damler Chrysler C180” minik markalı **-KC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən adı sonradan ona məlum olan X2 idarə etdiyi avtomobil ilə onun idarə etdiyi avtomobil toqquşdu. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Damler Chrysler C180” minik markalı **-KC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan şəxslər xəsarət aldılar. Baş vermiş hadisə zamanı o, heç bir xəsarət almamışdır. Sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etdilər və onu sərxoşluq müayinəsindən keçirdilər, sərxoş olmağı müəyyən olundu. Hadisənin baş verməsinə səbəb, onun idarə etdiyi “Mersedes benz S500” minik markalı **-XB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ehtiyatsız idarə edərək Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsinə çıxarkən yolun hərəkət hissəsinə diqqət etməməsi olmuşdur. O, hazırda zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2031-ci il tarixədək B1, B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2276/2023 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2275/2023 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X4 ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 20 iyul 2023-cü il tarixli 1098 nömrəli rəyindən görünür ki, azyaşlı X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ çiyin nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sağ qulaqarxası, sağ qulaqyanı nahiyyələrinin sıyrıqları- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 04 avqust 2023-cü il tarixli 1134 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - makrohematuriya ilə müşayət olunan sağ böyrəyin qapalı zədələnməsi, hematoması - KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/2197 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən göstərilən şəraitdə Daimler Chrysler markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz S500 markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 avqust 2023-cü il tarixli qərarın surətindən görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsi faktı üzrə sürücü Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsi ilə rədd edilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna göndərilməsi, qəbul edilmiş qərarın surəti sürücü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün Gəncə şəhər BPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında Şəxs xx.xx.2023-cü il tarixdə gecə təxminən saat 11 radələrində sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi “Mersedes Benz S500” minik markalı **-XB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhər Üzeyir Hacıbəyov küçəsində yerləşən “Dost Qapısı” restoranından Ü.Hacıbəyov küçəsinə çıxarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərini pozaraq, yəni Üzeyir Hacıbəyov küçəsində yerləşən “Dost Qapısı” restoranından Ü.Hacıbəyov küçəsinə çıxarkən hərəkətini davam etdirməyərək hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini davam etdirib yolun hərəkət hissəsinə daxil olmuş, bu zaman Üzeyr Hacıbəyov küçəsi ilə düzünə hərəkət edən sürücü X2 ayıq vəziyyətdə, sürücülük vəsiqəsi olmaqla idarə etdiyi “Damler Chrysler C180” minik markalı **-KC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobildə sərnişin qismində olanlar azyaşlı X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ çiyin nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sağ qulaqarxası, sağ qulaqyanı nahiyyələrinin sıyrıqları xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulmasına və X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - makrohematuriya ilə müşayət olunan sağ böyrəyin qapalı zədələnməsi, hematoması xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi öz təsdiqini tapmışdır. Hadisə zamanı Şəxs sərxoş olması müəyyən edilmişdir. Buna görə də onun əməli düzgün olaraq İXM-in 333.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 333.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını nəzərə alıb, qanunvericiliyin müddəalarına və işin faktiki hallarına əsaslanaraq iş üzrə toplanmış sübutları hərtərəfli və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN - xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar