Məhkəmə qərarları › İş №3(125)-1983/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1983/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1983/2023 03.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs nümayəndəsi X4 iştirakı ilə, Hüquqi şəxs Şəxs (ünvan: AZ2000, Gəncə şəhəri, Çexov, ev 24, mənzil 4; VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X6 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 24 avqust 2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, "xxxx" MMC 50000.00 ABŞ dolları məbləğində vəsaiti 17 avqust 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 50000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 18 avqust 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da hüquqi şəxs tərəfindən İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X7 izahatında bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X6 tərəfindən tərtib olunmuş 24 avqust 2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolunun məzmunundan görünür ki, Şəxs MMC 17 avqust 2021-ci il tarixdə 50000.00 ABŞ dolları məbləğində vəsaiti xaricə köçürmüş və inzibati xəta hadisəsindən 2 (iki) il müddət keçməsinə baxmayaraq 50000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 18 avqust 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Lakin Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4 maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilməmişdir. Belə ki, 17 iyun 2021-ci il tarixdə satıcı şirkət kimi X1 X5 İhracat Senayi və Ticarət Limited Şirkəti ilə alıcı Şəxs MMC arasında 12/2021 saylı müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə görə Şəxs MMC tərəflər arasında bağlanmış həmin müqaviləyə edilən 1 №-li Əlavəsinə əsasən sadalanan mal-materialların ölkəyə gətirilərək xidmət haqqı müqabilində onların quraşdırılıb müxtəlif təlimlərin keçirilməsi və layihə-idarəetmə planlanması xidmətinin göstərilərək malların alıcının təyin etdiyi gəmidən təyin olunmuş daşınma yerinə-sifarişçi ADAU (Azərbaycan Dövlət Aqrar Universiteti) çatdırılmaqla əlaqədar öhdəlik götürmüşdür. Müqavilənin 1 №-li Əlavəsinin 1 bəndində qeyd olunan və dəyəri 210700.00 ABS dolları təşkil edən VERTİKAL ƏMLAK MƏRKƏZİ adlanan avadanlıq torna dəzgahlarından başqaçoxməqsədli torna dəzgahları daxil olmaqla dəlikaçma, yonma, frezləmə, metalın kənarlaşdırılması ilə xarici və ya daxili yiv açma üçün metal kəsən dəzgahlardır və 2-ci bəndində göstərilən və dəyəri 174800.00 ABŞ dolları təşkil edən 2021-ci il istehsallı CNC LATHE MACHİNE TFA43S adlanan avadanlıq isə metalkəsən torna dəzgahlarıçoxməqsədli torna dəzgahları daxil olmaqla, çox şpindelli avadanlıqlar alıcının təyin etdiyi gəmidən birbaşa olaraq Şəxs MMC tərəfindən onlara təyin olunmuş daşınma yerinə - ADAU-nun inzibati binasına aparılaraq quraşdırılmış, müqavilənin şərtlərində qeyd olunduğu kimi müxtəlif təlimlər keçirilmişdir, (hətta gətirilən avadanlıqlar ADAU-nun inzibati binasının giriş qapısından yerləşmədiyindən Şəxs MMC-nin vəsaiti hesabına ADAU-nun inzibati binasında yerləşən emalatxanasının dam örtüyü sökülmüş, avadanlıqlar iri kranlar vasitəsilə inzibati binanın yuxarı hissəsindən-dam örtüyündən emalatxanaya yerləşdirilərək şirkətin işçiləri tərəfindən quraşdırılmışdır) Avadanlıqların təhvil-təslim aktını ADAU-nun rəsmi nümayəndəsi İlqar Hacıyev və Şəxs MMC-nin nümayəndəsi Rauf Əhmədov imzalamışlar. Avadanlıqların quraşdırılması və təlimi ilə bağlı videomateriallar da mövcuddur. Həmin Müqavilənin 3,4,5-ci bəndlərinə əsasən isə Əlavənin 1 və 2-ci bəndlərində göstərilən və dəyərini təşkil edən 385500.00 ABŞ dolları avadanlıqlara xidmətlətin göstərilməsi də əlavə olunmaqla müqavilənin tərəfləri xidmət haqqını 54500 ABŞ dolları civarında razılaşmışlar. Daha sonra məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının 24 avqust 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokolunun məzmunundan görünür ki, Şəxs MMC 17 avqust 2021-ci il tarixdə 50000.00 ABŞ dolları məbləğində vəsaiti xaricə köçürmüş və inzibati xəta hadisəsindən 2 (iki) il müddət keçməsinə baxmayaraq 50000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Belə olan halda şirkət tərəfindən Bank Avrasiya ASC-yə 11 sentyabr 2023-cü il tarixdə məktubla müraciət olunaraq X1 X5 İhracat Senayi və Ticarət Limited Şirkətinə avadanlıqların alınıb Azərbaycana gətirilməsi üçün ödənişlərin olub-olmaması barədə sorğu göndərilmişdir. Bank Avrasiya ASC 12 sentyabr 2023-cü il tarixli, 02/1692 saylı məktubunda göstərmişdir ki, X1 X5 İhracat Senayi və Ticarət Limited Şirkəti Şəxs MMC ilə aralarında bağlanmış müavilənin şərtlərinə uyğun olaraq xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində 390.000.00 ABŞ dolları məbləğində avans təyinatlı köçürmə həyata keçirilmişdir. Həmin tarixlərin icra olunmuş avans ödənişlərinin dəyəri 385 500.00 ABŞ dolları olan **********995 nömrəli Gömrük Bəyannaməsi ilə tam bağlanmışdır. xx.xx.2021-ci il tarixində həyata keçirilmiş 221010.00 ABŞ dolları məbləği avans ödənişinin 216510.00 hissəsi həmin Gömrük Bəyannaməsi ilə bağlanmış, 4500.00 ABŞ dolları hissəsi isə açıq qalmışdır. 17 iyun 2021ci il tarixli, 12/2021 saylı müqavilənin şərtlərinə əsasən 50000 ABŞ dolları xidmət haqqına gətirilən avadanlıqların quraşdırılaraq layihə idarəetməsi, dizayn və mühəndislik, 1 həftə ərzində 5 nəfər mütəxəssis-mühəndis tərəfindən alınan malların labaratoriyada quraşdırılması və daha sonra 1 həftə ərzində 5 nəfər mühəndis-mütəxəssis tərəfindən quraşdırılmış malların gündəlik təlimi gündəlik idarəetmənin praktik öyrənilməsi daxil olmuş və həmin 50000 ABŞ dolları keçirilən təlim kurslarına dəvət olunmuş mütəxəssislərə ödənilmişdir. Avadanlıqların müqavilənin şərtlərinə uyğun olaraq quraşdırılmasını, təlimlərin keçirilməsini təsdiq edəcək şahidlərimiz də var, bunu sifarişçi təşkilatın ADAUnun əməkdaşları da təsdiq edə bilərlər. Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamentinin direktoru R.Məmmədov tərəfindən tərtib olunmuş 24 avqust 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, Şəxs MMC 17 avqust 2021-ci il tarixdə 50000.00 ABŞ dolları məbləğində vəsaiti xaricə köçürmüş və inzibati xəta hadisəsindən 2 il müddət keçməsinə baxmayaraq 50000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaitini geri qaytarılması hissəsi ilə əlaqədar olaraq yuxarıda sadalananlara istinad edərək mübahisəli həmin vəsait yalnız müqavilənin şərtlərinə uyğun olaraq görülən işlərin xidmət haqqı məbləği olmuş, həmin vəsait X1 X5 İhracat Senayi və Ticarət Limited Şirkətinə rəsmi qaydada bank vasitəsilə köçürülmüş, bununla bağlı ödəniş tapşırığı vəsatətə əlavə olunmuşdur. 17 iyun 2021-ci il tarixli müqavilənin icrası məqsədilə 05 fevral 2022-ci il tarixdə X1 X5 İhracat Senayi və Ticarət Limited Şirkəti ilə Şəxs MMC-nin rəhbər şəxsləri arasında xidmətlərin göstərilməsi ilə əlaqədar qəbul aktı rəsmiləşdirilib, möhür və imzaları ilə təsdiq olunmuşdur. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xatanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, malların istehsal olunması, xidmətlərin göstərilməsi və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. 17 iyun 2021-ci il tarixli müqavilənin şərtləri Şəxs MMC tərəfindən tam şəkildə icra olunmuş, müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmiş, işlər görülmüş və müqavilənin şərtlərinə uyğun olaraq müxtəlif xidmətlər göstərilmişdir. Buna görə də Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4 maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmədiyindən Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamentinin direktoru X6 tərəfindən tərtib olunmuş 24 avqust 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokolun təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə baxılmasını təxirə salmaq haqqında vəsatəti daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarını və əlavə edilmiş sənədləri obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, hüquqi şəxs “Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokolla İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Dəyəri qabaqcadan ödənilmiş idxal edilməmiş mallar haqqında bildiriş”dən görünür ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na əsasən qabaqcadan ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən yük gömrük bəyannaməsi və idxal olunan xidmətlərin göstərilməsini təsdiq etməyən müştərilərdən biri hüquqi şəxs Şəxs MMC-dir. Xaricə köçürülmüş məbləğ 50000.00 ABŞ dolları, köçürmə tarixi xx.xx.2021-ci ildir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ müştərilərin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır. İş materiallarına əlavə olunmuş ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC 50000.00 ABŞ dolları məbləğində vəsaiti 17 avqust 2021-ci il tarixdə ölkədən xaricə X1 X5 İhracat Senayi və Ticarət Limited Şirkətinin hesabına köçürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 12/2021 saylı müqavilədən görünür ki, “X2 X5 İhracat Senayi və Ticarət Limited” şirkəti ilə Şəxs MMC arasında müqavilə bağlanmışdır. Qiymətlər və ödəniş şərtləri ilə yanaşı müqavilənin ümumi məbləğinin bu müqaviləyə əlavədə müəyyən edilməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş “X2 X5 İhracat Senayi və Ticarət Limited” şirkəti və Şəxs MMC arasında xx.xx.2021-ci il tarixli, 12/2021 saylı müqaviləyə 1 nömrəli əlavədən görünür ki, “X2 X5 İhracat Senayi və Ticarət Limited” şirkəti tərəfindən Şəxs MMC-yə “TVK1370 Vertikal əmlak mərkəzi”nə görə 210700 ABŞ dolları, “TFA43S CNC TORNA MAZNİ”yə görə 174800 ABŞ dolları, “Layihə İdarəetmə Gündəmin planlanması Dizayn və Mühəndislik” 2 dəfə xidmətin göstərilməsinə görə 1 dəfəsi 8500 ABŞ dolları olmaqla cəmi 17000 ABŞ dolları, “Sahədə quraşdırma mühəndisi (1 həftə ərzində 5 mühəndis)” 2 dəfə xidmətin göstərilməsinə görə 1 dəfəsi 12300 ABŞ dolları olmaqla cəmi 24600 ABŞ dolları, “Yenidən təlim mühəndisi (1 həftədə 5 mühəndis)” 2 dəfə xidmətin göstərilməsinə görə 1 dəfəsi 6450 ABŞ dolları olmaqla cəmi 12900 ABŞ dolları, ümumilikdə isə 440000 ABŞ dolları məbləğində pulun Şəxs MMC tərəfindən “X2 X5 İhracat Senayi və Ticarət Limited” şirkətinə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, qəbul aktından görünür ki,12/2021 saylı Müqaviləyə və Əlavə 1-ə uyğun olaraq “X2 X5 İhracat Senayi və Ticarət Limited” şirkəti tərəfindən Şəxs MMC-yə 2 dəfə göstərilən “Layihə İdarəetmə, Gündəlik, Dizayn və Mühəndislik” 1 dəfəsi 8500 ABŞ dolları olmaqla, cəmi 17000 ABŞ dolları olan xidmət, “Yerində quraşdırma mühəndisi (1 həftə ərzində 5 mühəndis)” 2 dəfə xidmətin göstərilməsinə görə 1 dəfəsi 12300 ABŞ dolları olmaqla, cəmi 24600 ABŞ dolları olan xidmət, “Sahədə təlim mühəndisi (1 həftə ərzində 5 mühəndis)” 2 dəfə xidmətin göstərilməsinə görə 1 dəfəsi 6450 ABŞ dolları olmaqla, cəmi 12900 ABŞ dolları olan xidmət, ümumilikdə isə dəyəri 54500 ABŞ dolları məbləğində olan xidmətlərin təhvil verilməsi təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş "X2 X5 İhracat Sanayi ve Ticaret" şirkəti tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" MMC və X3 X5 İhracat Sanayi ve Ticaret Limited şirkəti arasında xx.xx.2021 tarixində 12/2021 saylı müqavilə imzalanmışdır. Ümumilikdə müqavilə üzrə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021 tarixlərində tam olaraq ödəniş edilmişdir. Bu müqaviləyə görə 54500.00 USD dəyərində X3 X5 İhracat Sanayi ve Ticaret Limited firması tərəfindən "xxxx" MMC-yə xidmət göstərilmişdir. Sözügedən xidmətlər üçün ödənişlər "xxxx" MMC tərəfindən xx.xx.2021 və xx.xx.2021 tarixlərində edilmişdir. İş materiallarına əlavə edilmiş Bank Avrasiya ASC tərəfindən Şəxs MMC-yə ünvanlanmış 12 sentyabr 2023-cü il tarixli, 02/1692 nömrəli məktubdan görünür ki, Şəxs MMC-nin 11 sentyabr 2023-cü il tarixli MYB-267/2023-09 nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, Şəxs MMC-nin Bank Avrasiya ASC-də olan USD hesabından xx.xx.2021. xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində "X2 X5 İhracat Sanayi ve Ticaret" Limited şirkətinə ümumilikdə 390000.00 (Üç yüz doxsan min ABŞ Dolları. 00 sent) USD məbləğində avans təyinatlı köçürmə həyata keçirilmişdir. xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində icra olunmuş avans ödənişləri dəyəri 385500.00 (Üç yüz səksən beş min beş yüz ABŞ Dolları. 00 sent) USD olan **********1995 nömrəli Gömrük Bəyannaməsi ilə tam bağlanmışdır. xx.xx.2021-ci il tarixində həyata keçirilmiş 221010.00 (İki yüz iyirmi bir min on ABŞ Dolları. 00 sent) USD məbləğli avans ödənişinin 216510.00 (İki yüz on altı min beş yüz on ABŞ Dolları. 00 sent) USD hissəsi həmin Gömrük Bəyannaməsi ilə bağlanmış, 4500.00 (Dörd min beş yüz ABŞ Dolları. 00 sent) USD hissəsi isə açıq qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixli, qəbul aktına əsasən 12/2021 saylı Müqaviləyə və Əlavə 1-ə uyğun olaraq “X2 X5 İhracat Senayi və Ticarət Limited” şirkəti tərəfindən Şəxs MMC-yə 2 dəfə göstərilən “Layihə İdarəetmə, Gündəlik, Dizayn və Mühəndislik” 1 dəfəsi 8500 ABŞ dolları olmaqla, cəmi 17000 ABŞ dolları olan xidmət, “Yerində quraşdırma mühəndisi (1 həftə ərzində 5 mühəndis)” 2 dəfə xidmətin göstərilməsinə görə 1 dəfəsi 12300 ABŞ dolları olmaqla, cəmi 24600 ABŞ dolları olan xidmət, “Sahədə təlim mühəndisi (1 həftə ərzində 5 mühəndis)” 2 dəfə xidmətin göstərilməsinə görə 1 dəfəsi 6450 ABŞ dolları olmaqla, cəmi 12900 ABŞ dolları olan xidmət, ümumilikdə isə dəyəri 54500 ABŞ dolları məbləğində olan xidmətlərin təhvil verilməsi təsdiq edilmişdir. Həmçinin "X2 X5 İhracat Sanayi ve Ticaret" şirkəti tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC və X3 X5 İhracat Sanayi ve Ticaret Limited şirkəti arasında xx.xx.2021 tarixində 12/2021 saylı müqavilə imzalanmışdır. Ümumilikdə müqavilə üzrə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021 tarixlərində tam olaraq ödəniş edilmişdir. Bu müqaviləyə görə 54500.00 USD dəyərində X3 X5 İhracat Sanayi ve Ticaret Limited firması tərəfindən "xxxx" MMC-yə xidmət göstərilmişdir. Sözügedən xidmətlər üçün ödənişlər "xxxx" MMC tərəfindən xx.xx.2021 və xx.xx.2021 tarixlərində edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin mənasından aydın olur ki, inzibati xətanın törədilməsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır. Lakin iş materiallarında olan sənədlərdən aydın şəkildə görünür ki, hüquqi şəxs avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal etməklə yanaşı idxal edilmiş həmin avadanlıqların quraşdırılmasına görə işlər görülməsini və xidmətlər göstərilməsini də təmin etmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması öz təsdiqini tapmır. Belə olan halda məhkəmə qeyd edir ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığı halda inzibati məsuliyyətə cəlb edilə bilməz və inzibati xəta haqqında protokolda göstərilən, yəni ona istinad olunan əmələ görə təqsirsiz sayılmalıdır. Bununla da, hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında sübuta yetirilməmiş və buna görə də hüquqi şəxsin əməlində həmin inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə inzibati xəta haqqında bütün sübutları hərtərəfli, obyektiv və tam şəkildə tədqiq edərək, o cümlədən qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 111-112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 avqust 2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar