Məhkəmə qərarları › İş №3(125)-1991/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1991/2023

05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1991/2023 05.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kəlbəcər rayonu, İsibulaq Ə/D, İstibulaq kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qocalar evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 05 sentaybr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Beləliklə də, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16-00-radələrində Şəxs qonşusu Zərərçəkmiş şəxs ilə aralrında yaranmış mübahisə ilə bağlı ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qızqayıt onun qonşusudur. Zərərçəkmiş şəxs və onun övladları hər gün yataqxanada səs-küy salırlar. Hər dəfə irad bildirməsinə baxmayaraq bu hərəkətlərindən əl çəkmirlər. xx.xx.2023-cü ildə Qizqayıtın övladları yeni səs küy salmışdır. Vu zaman o və nəvəsi yatmaq istəmişdir. Lakin səs görə yata bilməmişlər. O Zərərçəkmiş şəxs evinə gedərək uşaqlarına səs-küy saldıqlarına görə irad bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs evdən çıxaraq onu təhqir etmişdir. Yaranmış mübahisə zamanı özünü müdafiə məqsədi ilə Zərərçəkmiş şəxs itələmişdir. Məhkəmədən ədalətli qərar verməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 16-00- radələrində Zərərçəkmiş şəxs dəhlizdən səs-küy gəldiyini eşitmiş və ora gedən zaman Qərənfilin onun övladları ilə mübahisə etdiyini görmüşdür. Qərənfil onun övladlarına qarşı nalayiq ifadələr işlətmişdir və o buna dözməyərək Qərənfilə onun övladlarına nə deyibsə hamısının onun özünə aid olduğunu bildirmişdir. Bu zaman Qərənfil onun üzərinə gələrək əli ilə onun boğazına xəsarət yetirmişdir. Qərənfil hadisədən sonra indiyə kimi ondan üzr istəməmişdir. Əgər üzr istəsə onunla barışıq əldə edərdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti müvafiq tədbirlərin görülməsi üçün 1-ci Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1208 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-boyun nahiyəsinin qançırı-küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Şəxsnun ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır (İXM 32.2-ci maddəsi). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar