Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1996/2025 10.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28741659 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1200 (min iki yüz) manat inzibati cərimə olunması barədə xx.xx.2025-ci il tarixli EQ 28741659 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək, elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi Kamaz-55111 markalı **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Goranboy Gips ASC-dən götürdüyü gips daşlarını Bakı şəhərinə daşımışdır. Goranboy Gips ASC-dən yükləri apararkən onun maşını ASC-nin tərəzisi tərəfindən çəkilmiş və Kamazın çəkisinin 42080 kq olması barədə ona rəsmi arayış verilmişdir. Lakin buna baxmayaraq Daxili İşlər Nazirliyinin Baş X6i İdarəsi tərəfindən idarə etdiyi kamazın çəkisinin 44620 kq olması ilə bağlı onun barəsində İnzibati Xətalar Məcəlləsinin 353.5-ci madəsi ilə inzibati xəta haqqında elektron qərar tərtib edilərək 1200 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, Qaradağ rayonu Səngəçal qəsəbəsi, Bakı istiqamətində quraşdırılmış elektron tərəzi nasazdır. Belə ki, yüklərin götürüldüyü müəssisə tərəfindən ona verilmiş arayışdakı, çəki ilə elektron qərarda göstərilən çəki arasında əsaslı fərq var buda, onu deməyə əsas verir ki, elektron tərəzi düzgün işləmir. Ona görə də əməlində İXM-nin 353.5-ci maddəsinin tərkibi olmadığı üçün inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28741659 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş limitlər, xüsusilə iri qabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla əlaqədar inzibati məsuliyyətə dair tələblər, Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1191-VİQD nömrəli Qanunu ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. 127-1.1. Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. 353.5-ci maddəsinə əsasən Bu Məcəllənin 353.5-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qərardan şikayət vermiş şəxs X3 tərəfindən iş materiallarına sübut kimi apardığı yükün çəkisinə dair sənəd (deməsinə görə arayış) əlavə edilsə də məhkəmə tərəfindən həmin sənəd sübut kimi qəbul edilə bilməz. Belə ki, sözügedən sənədi hansı qurumun verməsi məlum deyil və həmin qurumun möhürü ilə təsdiq olunmamışdır. Sənəd sadəcə Rauf Məhərrəmov adlı şəxs tərəfindən imzalanmış və onun da səlahiyyətli şəxs olub-olmamasını da müəyyən etmək mümkün deyil. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə icazə verilən limit 42000 kq olduğu halda X1 idarə etdiyi Kamaz 5511 yük avtomobilinin ümumi çəkisi elektron tərəzi vasitəsi ilə 44,620 kq olaraq müəyyən edilmişdir (artıq çəki 2,620 kq təşkil edir). Bu, icazə verilən çəkinin 6.24%-i qədər artıqdır (İcazə verilən çəkinin 5%-i 2,100 kq olduğuna görə, artıq çəki bu həddi 520 kq aşır). Bütün bunları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28741659 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır və bu qərarın qərarın dəyişdirilməsinə hər hansı bir hüquqi əsas yoxdur. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28741659 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-1996/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1996/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver