Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1998/2025 03.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Həsənli Məhəmməd Vahid oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirərək, müəyyən etdim: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib edilmiş MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda və digər sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan X1 məxsus fərdi yaşayış evin pəncərələrinin şüşələrini sındırıb yararsız hala salaraq ona 396 manat dəyərində ziyan vurmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. -İş materiallarında olan 06 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan X1 məxsus fərdi yaşayış evin pəncərələrinin şüşələrini sındırıb yararsız hala salaraq ona 396 manat dəyərində ziyan vurmuşdur. -İş materiallarında olan 06 fevral 2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-in 2-ci PŞ-in İTB-nə göndərilmişdir. -İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 14 aprel 2025-ci il tarixli qərardadından görünür ki, inzibati xəta haqqında protokolda Şəxs və X1 məxsus evin şüşəsini daşla vurub sındıraraq ona 396 manat maddi ziyan vurulduğu qeyd edilmişdir, lakin sözügedən pəncərənin dəyərinin nəyə əsasən müəyyən edilməsi əsaslandırılmamışdır. Bu səbəbdən materiallar Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan və inzibati xəta haqqında protokoldan görünür ki, qeyd olunan inzibati xəta xx.xx.2025-ci il tarixdə törədilmiş, müvafiq olaraq xx.xx.2025-ci il tarixli qərarla baş vermiş hadisədə cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi gündən hazırki inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edildiyi və işə baxıldığı günədək üç aydan çox müddət keçmişdir. İnzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, iş məhkəməyə təqdim olunarkən inzibati xəta haqqında iş üzrə icraatın dayandırılıb-dayandırılmaması barədə hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, 14 aprel 2025-ci il tarixli qərardadla materiallar geri qaytarılmış, daha sonra isə məhkəmənin sözügedən qərardadındakı çatışmazlıq aradan qaldırılaraq, yəni xx.xx.2025-ci il tarixli,12/01 №-li Qiymətlənirmə Aktı (Rəy) iş materiallarına əlavə edilmiş və eyni protokol yenidən 30 iyun 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Burdan da aydın olur ki, 28 yanvar 2025-ci il tarixli Akt 5 aydan artıq müddət sonra məhkəməyə təqdim edilmiş, bununla da inzibati xəta barədə inzibati tənbeh tətbiq olunması üçün nəzərdə tutulan müddət ötürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 noyabr 2023-cü il tarixli Plenum Qərarında qeyd edir ki: “Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinin “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəası yalnız həmin Məcəllənin 53-cü maddəsində göstərilən, mahiyyəti üzrə işə baxmadan və sübutları qiymətləndirmədən icraatı rədd edən halları ehtiva edir.” Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində qeyd olunan inzibati icraatı rədd edən hallar, mahiyyəti üzrə işə baxmadan və sübutları qiymətləndirmədən icraatı rədd edən hallar hesab olunur. Həmin maddədə həmçinin qeyd olunur ki, 53-cü maddədə göstərilən hallar olduqda inzibati icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində olan Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata işə mahiyyəti üzrə baxmadan və sübutları qiymətləndirmədən həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-1998/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1998/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver