Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2001/2024 13.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin baş müfəttişi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 29 may 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi nəticəsində İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdirlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 04 aprel 2024-cü il tarixli “yazılı göstəriş” dən görünür ki, Şəxs ünvan 1 ünvanında açıq məkanda yayımlanan “Firdaws” adlı obyekdə reklamın yayımlanması dərhal dayandırlması və “Reklam haqqında” Azərbaycan Respublikası qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətinə Azərbaycan Resublikasının Dövlət X4 Regional Reklam İdarəsinə müraciət etməyi tələb olunmuşdur, əks təqdirdə 428.7.3-cü maddəsi ilə protokol tərtib olunub məhkəməyə göndərilməsi barədə xəbərdarlıq edilmişdir. “Poçt göndərişlərinin izlənməsi” barədə çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli göstəriş xx.xx.2024-cü il tarixdə alıcı vətəndaş Şəxs anası Tamara Cəfərovaya verilmişdir ADRA X5 İdarəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs 04 aprel 2024-cü il tarixli yazılı göstərişin alınmasından 5 (beş) gün müddət keçməsinə baxmayaraq bugünədək icazə almadığı və qanunla müəyyən edilmiş yayım haqqını ödəmədiyi üçün barəsində İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı barədə xəbərdar edilmiş və qeyd olunan protokolun tərtib edilməsində iştirak etmək üçün 29 may 2024-cü il tarixdə saat 10:00-da Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinə dəvət edilmişdir. İşdə olan ADRA X5 İdarəsinin əməkdaşları tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 778 nömrəli aktdan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs tərəfindən 1,2 m2 ölçüdə fasad reklamı yayımlamaqda davam etdiyi aşkar edilmişdir. İşdə olan ADRA X5 İdarəsinin əməkdaşları tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 1279 nömrəli aktdan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli 11-3-3/2-466 nömrəli icrası məcburi olan yazılı göstərişin (açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin pozulması hallarının aradan qaldırılması barədə) tələblərini icra etməyərək, Həsən Əliyev küçəsində 1,2 m2 ölçüdə fasad reklamı yayımlamaqda davam etdiyi aşkar edilmişdir. İşdə olan ADRA X5 İdarəsinin əməkdaşları tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 1490 nömrəli aktdan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs xx.xx.2024-cü il tarixə, saat 10:00-a inzibati protokol tərtib olunması üçün X5 İdarəsinə dəvət olunsa da, o, müvafiq protokolun rəsmləşdirilməsi prosesində iştirak etməmişdir. Sahibkar tərəfindən 1,2 m2 ölçüdə fasad reklamı yayımlamaqda davam etdiyi aşkar edilmişdir. İşdə olan İnternet vergi idarəsindən çıxarışdan görünür ki, Şəxs vergi ödəyicisi olan fiziki şəxsdir (VÖEN **********), buna görə o, vəzifəli şəxs hesab olunur. “Foto” şəkildən görünür ki, Həsən Əliyev küçəsində “Firdaws” adlı obyektinin üzərində reklam vardır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və onun təqsiri tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsi inzibati xəta hesab olunur və bu əmələ görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2001/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2001/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver