Məhkəmə qərarları › İş №3(125)-2002/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2002/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2002/2024 14.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, 00200-03127/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan "Frozenic” MMC tərəfindən xx.xx.2023-cü il tarixdə **********0988 saylı gömrük bəyannaməsi üzrə Türkiyə Respublikasında qeydiyyatda olan “FERNAS GİDA A.Ş" firmasına göndərilmiş “dondurulmuş böyürtkən (moruq)” yükünün müqabilində ödənilməli olan 40000 ABŞ dolları məbləğində valyuta vəsaitinin 39946 ABŞ dolları təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etmiş, 54 ABŞ dolları təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etməmiş və bununla da qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 1233 nömrəli Fərmanına əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Bununla əlaqədar Şəxs MMC-nin bəyannamə üzrə göstərilmiş hüquqi ünvanına xx.xx.2024-cü il tarixli 3-33-2000/2-000839/2024 saylı məktub göndərilmiş, lakin bu günə qədər yuxarıda adı qeyd olunan firma ixrac etdiyi yükə görə ödənilməli olan məbləğin müvəkkil bankda olan hesablarına köçürülüb köçürülməməsi barədə Tovuz Gömrük İdarəsinə heç bir sənəd təqdim etməmişdir. Qeyd olunan faktla bağlı Tovuz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə, 00200-03127/24 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ilə əlaqədar qeyd olunan gömrük bəyannamələri üzrə ödənilməli olan 40000 ABŞ dolları məbləğində valyuta vəsaitinin 39946 ABŞ dolları təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etmiş, 54 ABŞ dolları məbləğində vəsaitin müvəkkil banka ödənilməsinin təmin olunmamasının səbəbinin aydınlaşdırılması məqsədilə hüquqi şəxsin nümayəndəsinin izahat verilməsi üçün xx.xx.2024-cü il tarixli 3-33-2000/2-001174/2024 saylı məktubla ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin nümayəndəsi Tovuz Gömrük İdarəsinə gəlməmiş və qeyd olunan məsələ üzrə münasibət bildirməmişdir. Beləliklə, Şəxs MMC tərəfindən xx.xx.2023-ci il tarixli **********0988 saylı gömrük bəyannaməsi üzrə Türkiyə Respublikası FERNAS GİDA A.Ş" firmasına göndərilmiş “dondurulmuş böyürtkən (moruq)” yükünün müqabilində ödənilməli olan 40000 ABŞ dolları məbləğində valyuta vəsaitinin 39946 ABŞ dolları təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsi təmin olunmuş, 54 ABŞ dollarının isə təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsi təmin olunmamışdır. Şəxs MMC tərəfindən həmin tarixdə ixrac edilmiş yükə dair təsdiq olumuş xx.xx.2023-ci il tarixli **********0988 saylı gömrük bəyannaməsinin 23-cü qrafasında 1 ABŞ dollarının həmin tarixə Azərbaycan manatına olan nisbəti 1.7000 manatla ifadə edilmişdir və beləliklə ixrac olunmuş yüklərə dair qaytarılmalı olan məbləğ 91 (doxsan bir) manat hesablanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinə və hüquqi şəxs Şəxsnə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər və işin təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********0988 nömrəli gömrük bəyannaməsindən görünür ki, çəkisi 20000 kq, dəyəri 40000 ABŞ dolları olan “dondurulmuş böyürtkən (moruq)” yükü rəsmiləşdirilərək Türkiyə Respublikasından ixrac edilmişdir. İş materiallarında olan raportdan və bəyannamələrin siyahısından görünür ki, xx.xx.2023-cü il tarixli, **********0988 nömrəli bəyannamə üzrə Şəxs MMC 54 ABŞ dolları məbləğində pulu təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsində bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezdentinln 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “.Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasının təmin edilməsi və eyni zamanda Qanunun 12.2. və 12.3.-cü bəndlərinin tələblərinə əsaəsən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Buna görə də hüquqi şəxs həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə iş materialları üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən xx.xx.2023cü il tarixli **********0988 saylı gömrük bəyannaməsi üzrə Türkiyə Respublikası FERNAS GİDA A.Ş" firmasına göndərilmiş “dondurulmuş böyürtkən (moruq)” yükünün müqabilində ödənilməli olan 40000 ABŞ dolları məbləğində valyuta vəsaitinin 39946 ABŞ dolları təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsi təmin olunmuş, 54 ABŞ dollarının isə təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsi təmin olunmamışdır. Bununla da hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 54 ABŞ dolları valyuta vəsaitinin 30 (otuz) faizi məbləğində, yəni 16,2 ABŞ dolları məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, 114 və 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs (VÖEN **********; Hüquqi ünvan: ünvan 3 Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş 54 (əlli dörd) ABŞ dolları valyuta vəsaitinin 30 (otuz) faizi məbləğində, yəni 16,2 (on altı tam onda iki) ABŞ dolları məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati cərimə kimi tutulmalı olan 16,2 (on altı tam onda iki) ABŞ dolları qərarın icra edildiyi gün dolların manata olan məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla Şəxsndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar