Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2012/2024 05.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, faktiki subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-762/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 1.200 (bir min iki yüz) ABŞ dolları ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnə ilə yə iddiaçı tərəfindən ödənilmiş 50 manat xidmət haqqı alınaraq tələbkar X4 verilməlidir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-762/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunması barədə xəbərdarlıqlar təqdim edilmiş, lakin borclu izahatında məhkəmə qərarı üzrə olan tələbi tam təmin edə bilməyəcəyini bildirmişdir və borcundan cəmi bu günə 360 manat ödəniş etmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. Cağrışlara vaxtında gəlmir. Eyni zamanda borclu Şəxs 2023-cü ilin noyabr ayının 29-da Gəncə şəhər Məhkəməsinin müvafiq qərarına əsasən 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. İcra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş və bununlada borclu, borcunu qanunla müəyyən edilmiş tələbi yerinə yetirməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən icra edilməməsinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir.Gəncə şəhər Məhkəməsinin qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə həbs edilmişdir. Lakin borclu Gəncə şəhər Məhkəməsinin qərarından sonra heç bir ödəniş etməmiş, 03 il ərzində borcundan cəmi 360 manay ödəniş etmişdir. Bugünə ödənilməyən borcu 1764 manat təşkil edir. Protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, onun borcunu ödəməyə maddi imkanı yoxdur. Atası əlildir. Hazırda heç bir yerdə işləmir. İş tapıb işləyərsə borcunu ödəyəcəkdir. Ona görə də iş üzrə icraat xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, Şəxs dəfələrlə xəbərdarləq edilməsinə baxmayaraq borcunu ödəməkdən boyun qaçırır. Oğlu hal-hazırda ağır xəstədir və pula ehtiyacı var. Dəfələrlə hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlsə də yenə də ödəməkdən boyun qaçırmışdır. Odur ki, ağır cəza verilməsini xahiş etdi. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-762/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 1.200 (bir min iki yüz) ABŞ dolları ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnə ilə yə iddiaçı tərəfindən ödənilmiş 50 manat xidmət haqqı alınaraq tələbkar X4 verilməlidir. İş materiallarında olan icraat başlamaq haqqında xx.xx.2022-cı il tarixli qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-762/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraat başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən xx.xx.2022-ci il tarixdə imza atılmaqla götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sonuncu xəbərdarlıqdan görünür ki, Şəxs 528.1-1-ci maddəsi ilə barəsində protokol tərtib edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, borclunun yaşayış yerində tələbin yönəldilə biləcəyi hər hansı əşya müəyyən edilməmişdir. İş materiallarında olan Gəncə şəhər Məhkəməsinin 3(125)-283/2023 saylı xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə həbs edilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə şəhər Məhkəməsinin 3(125)-2552/2023 saylı xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şəxs AR İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə həbs edilməsi qərara alınmışdır. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs işləmir və adına hər hansı bir mülkiyyət yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı inzibati tənbeh vermə haqqında Gəncə şəhər Məhkəməsinin 3(125)-2552/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında verdiyi izahatından görünür ki, borclu maddi imkanı olmadığını əsas gətirərək, borclarını ödəmədiyini bildirsə də, bu hal onu borcunu ödəməmək üçün əsas hesab edilə bilməz. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, onun hal-hazırda 1764 manat borcu ödənilməmiş qalmaqdadır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, icra sənədi üzrə ödənilməmiş pul vəsaitlərinin məbləğlərini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 17 (on yeddi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 05 iyun 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərar dərhal icra edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-2012/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2012/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver