Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2014/2023 19.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, X11 katibliyi, Gəncə şəhər Prokurorluğunun nümayəndəsi, Gəncə şəhər prokurorunun köməkçisi, Ramiz Nəbiyevin, Zərərçəkmiş şəxs X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X22 X2 Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin müdiri Şəxs iştirakı ilə, Vəzifəli şəxs - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X22 X2 Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin müdiri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 195.1 və 594-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 06 sentyabr 2023-cü il tarixdə Gəncə Şəhər Prokurorluğundan vətəndaş X13 tərəfindən edilmiş müraciət əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X22 X3 onun hüquqlarının pozulması ilə bağlı vəzifəli şəxs - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X22 X2 Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin müdiri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 195.1 və 594-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərar və ona əlavə edilmiş materiallar Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsində işləyən Şəxs sosial müavinət olan ünvanlı dövlət sosial yardımın müddətinin uzadılması üçün müraciət edən Gəncə şəhəri, Ələkbər Ziyatay küçəsi, ev 12-də yaşayan X1 edilməsi məqsədilə ondan 28 avqust 2023cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının adına alınmış “mən tək anayam, bacım X14 1-ci qrup əlildir və ona quluq edirəm, qızım X15 xəstədir, ağır şəraitli evdə yaşayırıq, dolanışığım yaxşı deyil, ünvanlı dövlət sosial yardım alırdım, lakin xx.xx.2023-cü il tarixdə bitdiyinə görə yenidən sənəd toplamışam və bu sənədlərin VEMTAS proqram sminatına işləməsinin DSMF-nin X3n tələb etmişəm, onlar isə bu sənədi VEMTAS-a işləmək hüquqlarının olmadığını qeyd edirlər. Sosial ödənişlər Mərkəzi filial olaraq mən ünvanlı dövlət sosial yardım ilə bağlı topladığım sənədlərin VEMTAS proqram təminatından işlənməsinə kömək edilməsini sizdən xahiş edirəm” məzmunlu ərizəni Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunun 7.10-cu maddəsinə əsasən müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündan gec olmayaraq aidiyyəti üzrə göndərməli və müraciət edənə bu barədə məlumat verməli və ya özünün müraciətə baxmalı olduğu halda həmin müraciəti qanunamüvafiq qaydada qeydiyyatdan keçirmədən iş otağında saxlayaraq vətəndaşa müavinətin təyin edilməsi və ya müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul etməmiş, müraciət edən şəxsə qanunvericilikdə müəyyən edilmiş müddətdə rəsmi məlumat verməməklə sosial müavinətlər haqqında qanunvericiliyin tələblərini pozmuş, həmçinin X6 müraciətini “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qəbul etməmişdir. Buna görə də, toplanmış material üzrə vəzifəli şəxs - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X22 X2 Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin müdiri Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə Şəhər Prokurorluğunun nümayəndəsi Ramiz Nəbiyev inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək vəzifəli şəxs Şəxs barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində icraat aparılan vəzifəli şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X22 X2 Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin müdiri Şəxs bildirdi ki, onun barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərarla razı deyildir. Belə ki, o, Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin müdiri olsa da, sosial müavinətlərin təyini və ya ondan imtina edilməsi onun səlahiyyətlərinə aid deyil. Onun rəhbərlik etdiyi şöbə Filialın struktur bölməsidir. Filial isə müstəqil olaraq müavinət təyini haqqında qərar qəbul etmir, yalnız Bakı şəhərində yerləşən X22 müavinətin təyini məsləsinə baxmasında əlaqələndirici rolunu oynayır. Sevil Hümbətovanın ərizəsi ona təqdim edilmiş, o, ərizə ilə tanış olmuş, onun səılahiyyətlərinə aid məsələlər ərizədə öz əksini tapmadığı üçün ərizəni kənara qoymuşdur. Sonra isə məzuniyyətə çıxaraq ərizənin onun otağında qalmasını unutmuşdur. Barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X13 bildirdi ki, aztəminatlı ailə olduqlarına görə 19 sentyabr 2004-cü il təvəllüdlü qızı X7 5 yaşı olandan onlara ünvanlı dövlət sosial yardımı verilmişdir. 28 iyul 2023-cü il tarixdə qızı Elvina ilə birlikdə ünvanlı dövlət sosial yardımının karta köçüb-köçməməsini öyrənmək üçün Dövlət Sosial Müdafiə fondunun Gəncə Regional filialına getmiş, 2-ci mərtəbədə sosial müavinətlər, təqaüdlər və kompensasiyalar şöbəsinin müdiri Şəxs kompüterdə işləməsini görərək pensiya və sosial yardımın keçməsini öyrənib geri qayıtmaq istədikdə sonuncu ünvanlı dövlət sosial yardım kartının müddətinin nə vaxt bitməsini öyrənmək üçün onu geri çağırmış, o kartı verdikdə Şəxs baxaraq ona ünvanlı dövlət sosial yardımın vaxtının qurtarmasına bir ay qalmasını demişdir. O, Filial müdiri Rəfael Məmmədova kömək etməsi üçün müraciət etmişdir. Rəfael Məmmədov da Şəxs çağırıb ona kömək etməsini tapşırmış, müdirin yanından çıxandan sonra sonuncu ona yazılı kağız verərək orada göstərilən sənədləri toplayıb gətirməsini bildirmiş, o, da evə gedəndən sonra kağıza baxdıqda görmüşdür ki, Şəxs qəsdən hazırda yadında qalmayan çoxlu sənəd adı yazmış, o əvvəllər bu qədər sənəd yığmadığından səhəri günü həmin kağızı aparıb geri qaytarmış və o qədər sənədi yığa bilməyəcəyini demişdir. O, yenidən filialın müdiri Rəfael Məmmədovun qəbuluna getmiş və Şəxs pul vermədiyinə görə ona kömək etmədiyini demiş, sonuncu Şəxs təzədən otağına çağırıb ona kömək etməyi tapşırdığı halda nəyə görə kömək etməməsini soruşmuş, Şəxs da müdirin yanında kömək edəcəyini desə də, Rəfael Məmmədov filialın təsərrüfat şöbəsinin müdiri Poladı çağıraraq kömək edilməsi ilə bağlı ona ərizə yazdırmağı tapşırmış, müdirin otağından çixandan sonra Şəxs ona müdirə satqınçılıq etməsinə görə kömək etməyəcəyini demişdir. Polad onun adından başqa şəxsə ərizə yazdırmış, həmin ərizəyə imza etmiş və ərizəni ondan almışlar, həmin ərizə Şəxs verilsə də nəticəsi barədə sonuncu tərəfindən Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla ona bir ay müddət keçməsinə baxmayaraq cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X17 bildirdi ki, onun Filialda tutduğu vəzifə təsərrüfat-təminat işləri ilə bağlıdır. 2023-cü ilin avqust ayında Filial müdiri onu yanına çağıraraq bir nəfər vətəndaşa kömək etmək lazım olmasını bildirmişdir. O isə vətəndaşın müraciətinin nə ilə bağlı olmasını soruşmuş, vətəndaş sosial müavinətin təyini üçün müraciət etmək lazım olmasını, onun isə sənədləri elektron sistemə daxil edə bilməməsini demişdir. O isə vətəndaşa ərizə yazmağa kömək edərək ərizəni vətəndaşa vermiş və onu yola salmışdır. Məhkəmə iclasında iştirak edən şahid X16 bildirdi ki, o, filial müdirinin qəbul otağında olan zaman Sevil Hümbətova ona yaxınlaşmış və ərizə təqdim etmişdir. O ərizə tanış olduqdan sonra ərizəni araşdırılması və tədbir görülməsi üçün Şəxs vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 06 sentyabr 2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərardan görünür ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 195.1 və 594-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. X6 ərizəsindən görünür ki, o, Gəncə şəhər prokuroruna müraciət edərək onun barəsində müavinət müddətinin uzadılması üçün ondan pul tələb edilməsini bildirərək, ona kömək göstərilməsini xahiş etmişdir. X6 digər ərizəsindən görünür ki, o, Dövlət Sosial Müdafiə Fondu X22 X4 müraciət edərək müavinətin uzadılması üçün tələb edilən sənədlərin VEMTAS elektron sistemə işlənməsinə yardım edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarının araşdıraraq, məhkəmə iclasında proses iştirakçəlarını dinləyərək hesab edir ki, barəsində icraat aparılan vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 195.1-ci maddəsi üzrə inzibati xəta haqqında icraata xitam verilməli, İnzibati Xətalar Məcəlləsinin 594-1.1.1-ci maddəsi üzrə isə inzibati xətanı törətmiş hesab edilərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətala Məcəlləsinin: -3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. -17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. -84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. -195.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmamasına, müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə qanunvericiliklə müəyyən edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə və ya imtinanın səbəbləri göstərilməməklə verilməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə tətbiq edilir. -594-1.1.1-ci maddəsinə əsasən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq verilən müraciətin qəbul edilməməsinə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin tələbi baxımından, məhkəmə barəsində icraat aparılan vəzifəli şəxs Şəxs vəzifə səlahiyyətlərini yerinə yetirməməsi və lazımınca yerinə yetirməməsi ilə baş vermiş inzibati xəta arasında səbəbli əlaqənin mövcudluğunun müəyyən edilməsini zəruri hesab edir. Buna görə də, məhkəmə araşdırması zamanı barəsində icraat aparılan vəzifəli şəxs Şəxs vəzifə təlimatları, onun işlədiyi Filialın Əsasnaməsi əldə edilmiş, həmin sənədlərdə əks etdirilmiş fəaliyyət istiqamətləri və vəzifə səlahiyyətlərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə hazırki inzibati xətalar arasında səbəbli əlaqənin olubolmaması məsələsi araşdırılmışdır. İş materiallarına əlavə edilmiş Filialın Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin müdirinin Vəzifə Təlimatından görünür ki, şöbə müdirinin sosial müavinətlərin təyini və ya ondan imtina edilməsi istiqamətində hər hansı bir səlahiyyəti müəyyən edilməmişdir. Vəndaş müraciətlərinə baxılması istiqamətində isə onun vətəndaş müraciətlərinə vaxtında baxılmasına, müraciətlərə vaxtında cavab hazırlanmasına nəzarət etmək, vətəndaş müraciətlərinə baxılması sahəsində aidiyyəti şöbə əməkdaşlarının işini əlaqələndirmək kimi səlahiyyətləri müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X22 X2 Əsasnaməsindən görünür ki, Filial vəzifələri sırasında sosial müavinətlərin təyin edilməsi üçün müraciət edən vətəndaşların sənədlərinin qəbul edilməsini həyata keçirmək, sosial müavinətlər üçün müraciət edən vətəndaşlar tərəfindən təqdim edilən sənədlərin Fondun mərkəzi filialına çatdırılmasını təmin etmək kimi fəaliyyət istiqamətləri mövcuddur. Hər iki sənədin təhlili zamanı məhkəmə müəyyən etmişdir ki, Filial sosial müavinətlərin təyin edilməsi və ya ondan imtina edilməsi sahəsində qərar verən qurum kimi deyil, yalnız əlaqələndirici rolunu oynayır. Filialın fəaliyyət istiqamətləri çərçivəsində barəsində icraat aparılan şəxsin vəzifə təlimatları da sosial müavinətlərin təyini və ondan imtina edilməsində əlaqələndirici xarakter daşıyır. Ona görə də barəsində icraat aparılan vəzifəli şəxsin İnzibati Xətalar Məcəlləsinin 195.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsi istisna edilir. Bunun əksinə olaraq, barəsində icraat aparılan vəzifəli şəxsin vətəndaş müraciətləri sahəsində məsul şəxs olmasına dair birbaşa müddəalar onun vəzifə təlimatında mövcuddur. Ona görə də, hazırki iş üzrə barəsində icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 594-1.1.1-ci maddəsi ilə tənbeh edilməlidir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 195.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 594-1.1.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab edilərək, 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2014/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2014/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver