Məhkəmə qərarları › İş №3(125)-2019/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2019/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2019/2023 04.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, X1, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş X4 iştirakı ilə, X3 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər Yol Patrul Xidmətinin baş inspektoru, polis baş leytenantı X7 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:10 radələrində istifadəsində olan olan “Naz Lifan LF 7132/2 320” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin istismara yararlı olmadığı, yəni ban şüşəsində qanunla icazə verilməyən örtüklərin çəkilməsi ilə əhatə olunduğu və motoru nasaz olduğu üçün saxlamış, idarə etməmişdir. O, avtomobili həmin vəziyyətdə alqı-satqı yolu ilə əldə etmiş və heç vaxt idarə etməmişdir. Gəncə şəhər Yol Patrul Xidmətinin baş inspektoru, polis baş leytenantı X7 tərəfindən onun barəsində protokol tərtib edilərək, avtomobili cərimə meydançasına aparmışdır. O, həmin protokola etirazını bildirmiş, avtomobili idarə etmədiyi halda tərib etdikləri protokolun qanunsuz olduğunu demiş, lakin polis əməkdaşı ona rəisin oradan keçdiyini və onun bir başa göstərişinin olduğunu demişdir. Ona 150 manat cərimə cəzası tədbiq olunmuş, o, həmin vaxt atomobilin plyonkalarını sökmüş, lakin onun avtomobilini yenə də cərimə medançasına aparmışlar. O, həmin qərar ilə razılaşmayaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda o, xx.xx.2023-cü il tarixli İXP ******* inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 bildirmişdir ki, X5 “Naz Lifan LF 7132/2 320” markalı, **-BV- *** dövlət qeydiyyat nişanlı avtomobilini Gəncə şəhəri, H.Əliyev prospektində yolun kənarında saxlamışdır. O, həmin ərazidən keçərkən həmin avtomobilin qabaq yan şüşələrinə tam qara plyonka çəkildiyini görmüş və həmin avtomobilə yaxınlaşmışdır. O, avtomobilin kimə məxsus olduğunu soruşduqda, H.İsmayılov yaxınlaşaraq avtomobilin özünə məxsus olduğunu bildirmişdir. Həmin vaxt yerində sürücünün sürücülük hüququnun məhdudlaşmasını yoxlamaq mümkün olmadığı üçün şöbəyə dəvət edilmişdir. Bundan sonra sürücü barəsində protokol tərtib edilərək qərar qəbul edilmiş və avtomobil sürücüyə qaytarılmışdır. Sonda o, şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, İXP ******* inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə saat 18:10 radələrində “Nazlifan LF” 7132/2 320 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtükləri çəkmiş, nəticədə Azərbaycan Respublikası İXM-in 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 barəsində Azərbaycan Respublikası İXM-in 342.2.4-cü maddəsinə əsasən 150 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə tərəfləri dinləyib, şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. X2 özü avtomobilin qabaq yan şöşələrinə qanunla qadağan edilmiş örtük çəkildiyini özü də etiraf etmişdir. O, avtomobili ümumiyyətlə idarə etmədiyini, həmin vəziyyətdə dayandığı yerdə aldığını bildirsə də, bu faktı sübut edə bilməmiş, həmçinin avtomobilin uzun müddət orda dayanması və onun tərəfindən idarə edilməməsi inanadırıcı deyildir. Eyni zamanda sürücünün, şüşələrə müvafiq qaydanı pozmaqla örtüklər çəkilmiş avtomobili YPX əməkdaşı yaxınlaşdığı zaman idarə etməməsi onu inzibati məsuliyyətdən azad etmir. Belə ki, inzibati xəta haqqında qərar qəbul etmiş Urfan Musayev tərəfindən mobil telefonunda təqdim edilmiş videogörüntüdən görünür ki, X5 “Nazlifan LF 7132/2 320” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq yan şüşələrinə çəkilmiş, qanunla tətbiqinə icazə verilməyən örtükləri özü söküb çıxarmışdır. Göründüyü kimi X5 barəsində törətdiyi inzibati xətaya görə, avtomobilin şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə qanuni şəkildə inzibati xəta haqqında qərar qəbul edilmiş və şöbəyə dəvət edilərək sürücülük hüququ yoxlanıldıqdan sonra protokol tərtib edilərək avtomobili qaytarılmışdır. Çünki “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin Vİİ hissəsinin 3-cü bəndinə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla örtüklər (pərdə, jalüz və ya plyonka) çəkildikdə nasazlıq aradan qaldırılır. Həmin Qanunun 85-ci maddəsinin 9-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda fiziki şəxsləri nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırır və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsini saxlanılması üçün müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərir (nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir). Həmin bəndin Qeydində göstərilmişdir ki, nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.1 və 96.1.5-ci maddələrinə əsasən fiziki şəxslər dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda, nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X5 barəsində xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar