Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-202/2024 15.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, xx.xx.1974-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs ünvan 2 ünvanında yaşayan X2 yaşadığı binanın dəhlizindən ona məxsus 1 ədəd 40 manat dəyəri olan su sayğacını, ünvan 3 ünvanında yaşayan X3 məxsus evin həyətindən 1 ədəd 85 manat dəyərində bir ədəd samovarı, ünvan 4 ünvanında yaşayan X1 məxsus 65 manat dəyərində olan bir ədəd gödəkcəni və ünvan 5 ünvanında yaşayan X5 məxsus yaşayış evindən 25 manat dəyərində olan çaydan və açarı oğurlamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxslər qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və işin təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolları və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarla törədilmiş əməllərdə cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmiş və inzibati qaydada tədbir görülməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 3(125)-740/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2 (iki) ay müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-228/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 3(125)-740/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan inzibati xəta haqqında protokollardan görünür ki, müxtəlif vaxtlarda törədilmiş əməllərə görə xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarla baş vermiş hadisədə cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarların qəbul edildiyi gündən hazırki inzibati xəta haqqında protokollar üzrə işə baxıldığı günədək üç aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş MN ******* nömrəli xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli xx.xx.2023-cü il tarixli və MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində MN ******* nömrəli xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli xx.xx.2023-cü il tarixli və MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-202/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-202/2024
15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver