Məhkəmə qərarları › İş №3(125)-2020/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2020/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2020/2023 04.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs direktoru Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdrarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 07 sentyabr 2023-cü il tarixli, №00900-00086/23 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Şəxs MMC xx.xx.2021-il tarixli №S-02/21 nömrəli müqavilə xx.xx.2022-ci il tarixli №S-20/22 nömrəli İnvoice əsasında xx.xx.2022-i il tarixli **********4232 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 2400 kq, dəyəri 6100 ABŞ dolları olan “emal olunmamış, xromlanmamış, yarasız dərinin ikinci qatının kəsik və parçaları” yükü rəsmiləşdirilərək Türkiyə Cumhuriyyətinə ixrac edilmişdir. Şəxs MMC tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyəri 6100 ABŞ dolları və yaxud 10370 manat olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməmiş və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin direkdoru Nümayəndə bildirmişdir ki, MMC tərəfindən emal olunmamış, xromlanmamış, yarasız dərinin ikinci qatının kəsik və parçaları yükü rəsmləşdirilərək Turkiyə Cumhuriyyətinə ixrac edilmiş, lakin hava isti olduğu üçün həmin mallar gec çatmış və yolda xarab olmuşdur. Ona görədə alıcı tərəfindən pulun köçürülməsi gecikmiş, xx.xx.2023-cü il tarixdə pul köçürülmüşdür. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, **********4232 nömrəli Gömrük bəyannaməsindən görünür ki, 6100 ABŞ dolları dəyərində emal olunmamış, xromlanmamış, yarasız dərinin ikinci qatının kəsik və parçaları yükü rəsmləşdirilərək Türkiyə Cumhuriyyətinə ixrac edilmişdir. - xx.xx.2021-ci il tarixli №S-02/21 nömrəli müqavilənin surətindən görünür ki, Şəxs ilə “X4 Kim. Mad. Hay. Gıda İnş. Nak. İTH. İhr. ve Tic. LTD. Şti” arasında müqavilə bağlanmış müqaviləyə əsaəsn alıcı verdiyi sifarişə əsasən 500 ton dəri məmulatlarının, istehsalı üçün yarasız dərinin kəsikləri və digər tullantıları alıcıya satmağı alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. - X3 tərəfindən Şəxs MMC-yə MMC tərəfindən ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 gün ərzində müvvəkil bankda olan hesablara köçürülməsi barədə bildiriş göndərilmiş və inzibati qaydada cərimələnəcəyi barədə xəbərdarlıq edilmişdir. - Hesabdan çıxarışdan görünür ki, 06/23, 22/22 və 20/20 invoise əsasında hər dəfə yükün dəyəri 6100 ABŞ dolları olmaqla cəmi 18,190 ABŞ dolları ödəniş olunmuşdur. Məhkəmə protokolu, MMC-nin nümayəndəsinin izahatını və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qeyd edildiyi kimi, hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinin təmin edilməməsi qanunvericiliyə uyğun olaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyəri 6100 ABŞ dolları və yaxud 10370 manat olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməmişdir. Bununla da hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin, yəni 6100 ABŞ dolları məbləğinin 30 (otuz) faizi, yəni 1830 ABŞ dolarrı miqdarında inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin (6100 ABŞ dolları) 30 (otuz) faizi miqdarında, yəni 1830 (bir min səkkiz yüz otuz) ABŞ dolları məbləğində cərimə edilsin. Cərimə növündə tətbiq edilmiş inzibati cərimə, yəni 1830 ABŞ dolları ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla Şəxsndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar