Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2021/2025 09.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, səlahiyyətli orqanın nümayəndəsi X4, şikayətçi X1 iştirakları ilə, X1 Gəncə şəhər X14 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Gəncə şəhər X14 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 14 iyun 2025-ci il tarixdə, saat 14:12də etibarnamə əsasında idarə etdiyi “Hyundai İ30” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri, Z.Hacıyev küçəsində hərəkətdə olarkən heç bir qayda pozuntusu törətmədiyi halda barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokolda guya Gəncə şəhəri, Z.Hacıyev küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə edərək İXM-nin 327.1-ci maddəsinin tələbinin pozulmağı qeyd edilmişdir. Halbuki xəta.az saytında yaradılmış elektron kabinet vasitəsi ilə qərar barədə heç bir məlumat verilməmiş, həmçinin kabinetdə qeyd edilən qayda pozuntusu ilə bağlı hər hansı sübut yerləşdirilməmişdir. Qeyd edir ki, idarə etdiyi “Hyundai İ30” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri, Z.Hacıyev küçəsində hərəkətdə olan zaman qabağında olan “Hyundai” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əvvəlcə sağa, sonra isə dönmə işarəsini yandırmadan qəfldən onun yoluna sola dönərək idarə etdiyi “Hyundai İ30” minik markalı, **-EN-*** dövlət qeydiyyat nisanlı nəqliyyat vasitəsini sağ tərəfindən orta hissəsindən vuraraq avtomaşının qabaq qapı, arxa qapı və arxa kriloya və qarnizə zərər vurmuşdur. Bu barədə video görüntü də vardır. Odur ki, barəsində olan xx.xx.2025-ci il tarixi İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı qanunsuz və əsassız hesab edir. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Həmçinin, barəsində çıxarılmış qərar rəsmi qaydada poçt vasitəsi ilə kağız daşıyıcıda təqdim edilməmişdir. Odur ki, Gəncə ŞDYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər DYPŞ-nin polis leytenantı X6 çıxışında yol nəqliyyat hadisəsi ilə bağlı növbətçi hissədən məlumat daxil olduğundan Z.Hacıyev küçəsinə yaxınlaşmış və nəqliyyat vasitələrdən birinin dönük vəziyyətdə, digərinin isə yolun sağ hissəsində dayandığını görmüş, həmin ərazidə hadisəni özündə əks etdirən video diskin olduğunu bildirmişdir. Həmin görüntüyə baxış keçirən zaman müəyyən etmişdir ki, nəqliyyat vasitəsinin biri öndə, digər nəqliyyat vasitəsi isə onun arxasıyca gedir. Nəqliyyat vasitəsi yol ayrıcına dönən zaman digər nəqliyyat vasitəsi əks istiqamətə çıxır və nəticədə dönən zaman toqquşma baş verir. Şikayətçinin nəqliyyat vasitəsinin ön orta hissəsi ilə (yəni qanad hissəsi) digər xanım sürücünün sol hissəsi toqquşur. Yol hərəkəti haqqında qanunun 51-ci maddənin 2-ci bəndinə əsaslanaraq X2 təqsirkar hesab etmişdir. Belə ki, həmin maddədə relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmüşdür. Məhz bu səbəbdən qayda pozuntusunu X3 verərək onun barəsində inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən X5 çıxışında bildirmişdir ki, Z.Hacıyev küçəsinə Savxoz Nizami dairəsindən X12 tərəf gedərkən qarşısındakı maşın ağ rəngli “Sportage” nisbətən sağa çəkmiş və dönmə işığını vurmamış arxasına baxmadan çönüb onun avtomobilini ortadan vurmuşdur. Sonra DİN-in 102 zəng xidmətinə müraciət edərək qəzanın baş verməsi ilə bağlı məlumat vermiş və inspektor gəldikdə ötmə qaydasını pozduğuna görə onun barəsində inzibati protokol tərtib etmişdir. Halbuki, həmin vaxt qarşı zolaqdan avtomobil gəldiyi üçün ötmə əməliyyatı etməmişdir, sadəcə qarşı zolağa çıxmayaraq keçib getmişdir. Sonda məhkəmədən ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, tərəflərin çıxışlarını və X14 Şöbəsinin polis leytenantı X4 məhkəməyə təqdim etdiyi videogörüntünü, həmçinin digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır Belə ki, iş materiallarına əlavə edilmiş: Gəncə şəhər DYPŞ-nin polis leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqından qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:12 radələrində Z.Hacıyev küçəsində “Hyundai İ30” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə qaydalarını pozmuş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi ilə bağlı onun barəsində 40 (qırx) manat cərimə növün inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Sadalanan qanunvericilik normalarına əsasən işin faktiki hallarından göründüyü kimi Gəncə şəhər X14 Şöbəsinin polis leytenantı X4 təqdim etdiyi video görüntüdə X1 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməsini, mübahisələndirilən xx.xx.2025-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi sübuta yetirilməmişdir. Göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. Belə ki, məhkəmə iclasında şikayətçinin təqdim etdiyi hadisənin video görüntüsünə baxış keçirilən zaman M.M.Əliyevin idarə etdiyi “Hyundai İ30” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhəri, Z.Hacıyev küçəsində hərəkətdə olan zaman onun qarşısında olan “Hyundai” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əvvəlcə sağa, sonra isə dönmə işarəsini yandırmadan qəflətən onun yoluna sola dönərək “Hyundai İ30” minik markalı, **-EN-*** dövlət qeydiyyat nisanlı nəqliyyat vasitəsini sağ tərəfindən orta hissədən vurması tam şəkildə görünür. Həmçinin videogörüntüdən aydın olur ki, Hyundai” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əvvəlcə sağda dayanır, sonra isə manevr qaydalarını pozaraq sola dönmə əməliyyatı edir. Bununla bağlı qeyd olunmalıdır ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin (Hərəkətə başlama, manevr etmə) İ bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin maddənin İİİ bəndinə əsasən dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. Bundan başqa 42-ci maddənin İX bəndində göstərili ki, yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda X3 istinad edilən inzibati xəta hadisəsi mövcud deyil, ona görə də onun şikayəti təmin edilməli, barəsində qəbul edilmiş inzibati qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X3 istinad edilən inzibati xəta hadisəsi mövcud olmadığından onun şikayəti təmin edilməli, barəsində Gəncə şəhər X14 Şöbəsinin polis leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməli və həmin qərar əsasında Azərbaycan Respublikası DİN Baş X14i İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Gəncə şəhər Baş Polisi İdarəsinin X14 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və və başlanmış inzibati xətalara dair iş üzrə icraata xitam verilsin. Gəncə şəhər Baş Polisi İdarəsinin X14 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası DİN Baş X14i İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-2021/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2021/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver