Məhkəmə qərarları › İş №3(125)-2023/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2023/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2023/2023 29.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə şəhəri üzrə İcra idarəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri İcra idarəsinin icra məmuru X13 tərəfindən tərtib olunmuş 08 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs AR İXM-in 430.4-cü maddəsi ilə təqsirli bilinərək 10649 ABŞ dolları məbləğində cərimə edilmiş, qanunla müəyyən edilmiş müddətdə cəriməni ödəməmişdir. İnzibati xəta haqqında protokola əlavədə qeyd edilmişdir ki, xx.xx.1968-ci il təvəllüdlü, orta təhsilli, evli, məhkumluğu olmamış, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, yataqxana 2 ünvanında qeydiyyatda olan X4 barəsində olan Azərbaycan Respublikası Mərkəzi Bankının MN0480363 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu X5 Azərbaycan Respublikası İnzibati Xəyatalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək 10649 ABŞ dolları məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X3 tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcunun ödənilməsi tələb edilmişdir. Borclu X1 izahatında borcunu ödəyə bilmədiyini bildirmişdir. Belə ki, borclu X4 icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X4 əməlini etiraf edərək bildirmişdir ki, onun səhhətində problemlər olduğu üçün işləmir, onun cəriməni ödəməyə maddi imkanı yoxdur. Odur ki, əməlindən peşmandır, barəsində olan cərimənin ictimai işlər cəzası ilə əvəz edilməsinə etiraz etmir. Məhkəmə iclasında icra məmuru protokolu müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq bankın nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə prosesində iştirak etməmişdir. İş materiallarında olan: 14 sentyabr 2022-ci il tarixli MN № 04803623 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs 106,490 ABŞ dolları məbləğində olan vəsaiti Bank hesabından 13 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də 106,490 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalın təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə Şəxs Аzərbаycаn Rеspublikаsı İХM-in 430.4-cü mаddəsinə əsаsən 10649 ABŞ dolları məbləğində inzibаti cərimə еdilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mərkəzi Bankın ******* nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X13 tərəfindən xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış Mərkəzi Bankın ******* nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi tələb olunmuşdur. Şəxs ünvanlanmış bildirişdən görünür ki, Mərkəzi Bankın ******* nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi onun tərəfindən 10 gün müddətinə icra edilmədiyi təqdirdə barəsində protokol tərtib edilərək məhkəməyə göndəriləcəyi barədə xəbərdar edilmişdir. Gəncə şəhəri üzrə İcra İdraəsinin icra məmuru X7 aktından görünür ki, borclu Şəxs ünvanı kimi qeyd edilmiş Gəncə şəhər, Kəpəz rayonu, 2-ci yataqxana ünvanında olmuşlar. Borclu Şəxs həmin ünvanda yaşamadığı və orada ona məxsus tələbin yönələ biləcəyi heç bir dəyərli əmlak aşkar edilməmişdir. Aktın düzgünlüyü hal şahidləri X6 və X8 imzalamışlar. Şəxs icra idarəsində verdiyi izahatdan görünür ki, onun maddi imkanı olmadığı üçün cəriməni ödəyə bilmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Şəxs qanunla müəyyən edilmiş əsaslar olmadan qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cəriməni ödəməməsi, beləliklə İXM-in 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Buna görə də Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 220 (iki yüz iyirmi) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar