Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2025/2023 08.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsi 1-ci Polis şöbəsi İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə şəhəri, İ.Qayıbov küçəsi, döngə 3, ev 37-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş sənədlər baxılması üçün 08 sentyabr 2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 avtomobilini əzərək ona 100 manat, xx.xx.2023-cü il tarixdə atası Zərərçəkmiş şəxs2 avtomobilinin maqnitafonunu oğurlayaraq ona 70 manat ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nümayəndə çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Gəncə şəhər İ.Qayıbov küçəsində Zərərçəkmiş şəxs1 məxsus Vaz 2107 markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin kapot və baqaj detalları Şəxs tərəfindən aralarında olan mübahisə zamanı qəsdən məhv edilmiş, ümumilikdə Zərərçəkmiş şəxs1 100 manat dəyərində maddi ziyan dəymişdir. Həmçinin, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 məxsus evin həyətində saxladığı VAZ 2106 markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobildən onun oğlu Şəxs 80 manat dəyərində olan maqnitafonu oğurlamışdır. Şəxs əməllərində cinayət tərkibi olmadığından toplanmış ayrıayrı material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xətanın təkibi yarandığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında ona isnad olunan əməllər üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, inzibati xəta haqqında protokolda qeyd olunan əməlləri törətmişdir. Əməlinə görə peşmançılıq çəkir və bir daha belə əməllər törətməyəcəyinə söz verir. Əlavə olaraq bildirir ki, zərərçəkmiş şəxslərə dəymiş zərəri tam olaraq ödəmiş və onlarla barışmışdır. Qərar qəbul edərkən bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, Şəxs aralarında yaranmış mübahisə zamanı onun avtomobilinə zərər yetirsə də, hazırda ona dəymiş maddi zərəri tam şəkildə ödədiyindən, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən digər Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, Şəxs onun avtomobilindən maqnitafonu oğurlasa da, hazırda ona dəymiş maddi zərəri tam şəkildə ödəmişdir və onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, yuxarıda qeyd olunan əməlləri törətmiş Şəxs əməllərində cinayət tərkibi olmadığından, onun əməllərində Azərbaycan Respublikası İXM-nin 232-1 və 227-ci maddələrinin tərkibi olduğundan həmin şəxsin barəsində qanuna müvafiq tədbir görülməsi üçün müvafiq qərarların surəti 1-ci Polis şöbəsinin İTB-nə göndərilmiş, vətəndaşların şikayət ərizələri əsasında ayrı-ayrılıqda toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Şəxs 1-ci Polis şöbəsində verdiyi izahatlarında törətdiyi hər iki inzibati xətanı etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs ona dəymiş zərəri tam şəkildə ödəmişdir, onun həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs ona dəymiş zərəri tam şəkildə ödəmişdir, onun həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslərə dəymiş zərəri tam şəkildə ödəyərək, onlarla barışdığından, İXM-in 39.2-ci maddəsinə əsasən o, inzibati məsuliyyətdən azad edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmiş Şəxs zərərçəkmiş şəxslərə dəymiş zərəri tam şəkildə ödəyərək, onlarla barışdığından həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №3(125)-2025/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2025/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver