Məhkəmə qərarları › İş №3(125)-2036/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2036/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2036/2023 21.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kəlbəcər Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kəlbəcər Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X1 Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir. X3 hesab edir ki, qeyd edilən qərar əsassız və qərəzlidir. Belə ki, inizibati tənbehvermə haqqında qərarda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilsə də, o, həmin xətanı törətməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, bildirdi ki, o, avtomobilini təmirə aparmışdır. Avtomobilin ön işıqlarında nasazlıq olmuşdur. Ön işiqları düşüb itməsin deyə ön sol işığı avtomobilin yük yerinə qoyaraq avtomobili sürmüş, təmir yerinə gedəndə onu yol patrul əməkdaşı saxlamışdır. Ön işığın olmaması əsası ilə barəsində inzibati protokol tərtib edilmişdir. Hesab edir ki, protokol və tənbehvermə haqqında qərar əsassızdır. Belə ki, o, barəsində protokol tərtib ediləndə avtomobili təmirə aparmışdır. Bu hal yol patrul əməkdaşı tərəfindən üzürlü hesab edilməli idi. Məhkəmədən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, X2 izahatını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X2 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: Bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin fotoşəkli və protokolund tərtib edilməsi zamanı çəkilmiş videogörüntüdən avtomobilin ön sol işığını olmaması aydın görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X2 şikayətində inzibati tənbeh vermə haqqında qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X2 təqsiri təsdiq olunur. Belə ki, videoyazıdan və fotoşəkildən göründüyü kimi, şikayətçinin avtomobili ön işıq olmadan idarə etməsi öz təsdiqini tapmışdır. Beləliklə, X2 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X2 barəsində Kəlbəcər Rayon Polis Şöbəsinin Yol patrul xidməti inspektoru polis kapitanı X5 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Kəlbəcər Rayon Polis Şöbəsinin polis kapitanı X5 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Polis Şöbəsinin polis kapitanı X5 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar