Məhkəmə qərarları › İş №3(125)-2036/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2036/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2036/2025 01.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 01 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2-708/2005 nömrəli xx.xx.2024-cü il tarixdə yenidən icraya yönəldilmiş icra vərəqəsinə əsasən tələbkar X3 ünvan 2 ünvanında yerləşən evə köçürülməklə istifadə hüququ tanınmışdır. İş materiallarından görünür ki, icra sənədinin icrasına Şəxs tərəfindən maneəçilik törədilmiş və o, tələbkar X3 qeyd olunan evə köçürülməsinə etiraz etmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 bildirmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2- 708/2005 nömrəli xx.xx.2024-cü il tarixdə yenidən icraya yönəldilmiş icra sənədinə əsasən X2 şəhəri, Teymur Hacıyev küçəsi ev 4, mənzil 1 ünvanına köçürülməlidir. Tələbkar evə köçürülməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb edilməsi barədə xəbərdarlıq təqdim edilsə də, Şəxs onların tələblərini yerinə yetirməmişdir. X1 bir dəfə həmin evə yerləşdirmişlər, lakin Şəxs onu həmin evdən çıxartmışdır. Qeyd edilənləri əsas gətirib Şəxs barəsində tərtib edilmiş protokolun təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o, 2 il müddətdir ki, həmin evi alıb. O, evi aldığı zaman həmin evdə heçkim qeydiyyatda olmamışdır. Həmin evi X3 baldızından rəsmi şəkildə almışdır. O, həmin evi 32000 manata almışdır. X7 birinci dəfə evə polis vasitəsi ilə yerləşdirilmişdir. Həmin ev onundur, orada başqa heçkimin yaşaya bilməz. O, Abbasova Nərgizin evə köçməyinə icazə vermir. Sonda heç bir xəta törətmədiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 bildirdi ki, onun baldızı evi satmaq istədiyini ona bildirdikdə o, razı olmuşdur. O, sadəcə razı olduğunu bildirmişdir, o evin satılması ilə bağlı heç bir sənədi imzalamamışdır. Onun baldızları onun xəbəri olmadan onu qeydiyyatdan çıxartmışlar. O, evdən qeydiyyatdan çıxdığını keçən il öyrənmişdir. O, evə köçürülməyə icazə verilmədiyi təqdirdə barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. -İş materiallarına əlavə edilmiş 01 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. -İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 2-708/2005 nömrəli xx.xx.2024-cü il tarixdə verilən təkrar icra sənədinə əsasən tələbkar X3 ünvan 2 ünvanında yerləşən evə köçürülməklə istifadə hüququ tanınmışdır. -Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2- 708/2005 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədi icraata qəbul edilmişdir. -İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, icra vərəqəsinin könüllü icrası barədə Bildiriş borcluya göndərilmişdir. - İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 8(125)-86/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, şikayət təmin edilib, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2-708/2005 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 tərəfindən qəbul edilmiş qərar ləğv olunub və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün qərardadın surəti Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. -İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, T.Hacıyev küçəsi, ev 4-də yerləşən mənzil X8 mülkiyyətindədir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və tələbkarın izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, həmin evi 32000 manata almış olduğunu əsas gətirərək, Abbasova Nərgizi həmin evdə yerləşməyə icazə vermədiyini bildirsə də, bu hal tələbkarın evdə yerləşməsi üçün əsas hesab edilə bilməz. Şəxs hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən Abbasova Nərgizin evdə yerləşdirilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs cəzasını yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar