Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2037/2023 11.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər DYPŞ Yol patrul xidməti inspektoru X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol Gəncə Şəhəri Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:22 radələrində Şəxs VAZ 21063 markalı, 42BF648 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halına yol verdiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-in 333.2ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində o, Şəxs VAZ 21063 markalı, 42BF648 dövlət qeydiyyat nişanlı avtomobildə işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə sonuncunu saxlamış və saxladıqda sürücünün sərxoşluğundan şübhələnib onu alkotesterlə yolamışdır. Həmin vaxt sürücünün yüngül dərəcəli sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olmuşdur. Bununla bağlı video görüntü də var, sürücü özü alkotesterin cavabını imzalayaraq razılaşmışdır. Buna görə də sürücü barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlini etiraf etməyərək bildirmişdir ki, onun anası yaxın vaxtlarda rəhmətə getmiş, o, spirtli içki qəbul etməmişdir. O, həmin vaxt alkotesterə ufurdukdən sonra polis əməkdaşlarına da içkili olmadığını bildirmişdir. O, avtomobili duracaqdan çıxarmaq üçün məcbur olub alkotesterin nəticəsini imzalamış, həmçinin ona 400 manat cərimə olunacağını dedikləri üçün o, protokolu imzalamışdır. Bundan əvvəl onu sərxoş avtomobil idarə etdiyinə görə cərimə etmişlər, həmin vaxt o, içkili olmuşdur. Lakin bu dəfə saxlanılarkən o, içkili olmamışdır. Sonda o, azyaşlı oğlu ilə tək yaşadığını, sərxoş olmadığını bildirib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş X1 təqdim etdiyi video görüntülərdən görünür ki, Şəxs bir neçə dəfə müxtəlif alkotesterlərə üfürmüş, həmin vaxt polis əməkdaşı ona 0,418 ‰ alkoqol çıxdığını bildirmiş, o, heç bir etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş 10.9.2023-cü il tarixli alkotesterdən çıxarışdan görünür ki, Şəxs alkoqolun miqdarı 0,418 ‰ olmuş və o, özü çıxarışı imzalamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:50-də VAZ21063 markalı, 42BF648 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi, işıq cihazlarından istifadə qaydalarını pozması nəticəsində Azərbaycan Respublikası İXM-in 333.1 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətları törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmə tətbiq edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl həmin maddə ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Şəxs törətdiyi xətanı etiraf etməməsi, yəni sərxoş vəziyyətdə avtomobil idarə etməməsi, eyni zamanda polis əməkdaşlarının aldadaraq alkotesterin nəticəsinə və potokola imza etdirmələri barədə izahaına tənqidi yanaşır və həmin izahatın özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Şəxsin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən alkotesterin nəticəsi, video görüntülər və digər sübutlarla tam təkzib edilmişdir. Çünki Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati məsuliyyət yaradır. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar avtomobili sərxoş vəziyyətdə idarə edilməsi, beləliklə İXM-in 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi əlavə edilmiş sənədlər və barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilir. Məhkəmə, Şəxs özünu təqsirli bilməməsi barədə izahatını inzibati məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilən və məhkəmə zamanı araşdırılan, yuxarıda qeyd olunan sübutlarla təkzib olunan izahat kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrinin idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-2037/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2037/2023
11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver